Məhkəmə qərarları › İş №3(011)-2319/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2319/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2319/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13, zərərçəkmiş şəxs X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022 saylı, 25 noyabr 2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3611/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023 saylı, 28 noyabr 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-557/2023 saylı, 13 mart 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8464/2018 saylı, 30 noyabr 2018-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3693/2022 saylı, 14 iyun 2022-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1934/2013 saylı, 15 may 2013-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən 07 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X13 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022 saylı, 25 noyabr 2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3611/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023 saylı, 28 noyabr 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-557/2023 saylı, 13 mart 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8464/2018 saylı, 30 noyabr 2018-ci il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3693/2022 saylı, 14 iyun 2022-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1934/2013 saylı, 15 may 2013-cü il tarixli icra sənədlərinə əsasən, Şəxs icra məmurunun tələblərini icra etməmişdir. Ümumilikdə Şəxs icra sənədləri üzrə borcu 7659 manat məbləğində təşkil edir. Borcluya icra sənədinin icra edilməsi təklif olunmuş, lakin o icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022 saylı, 25 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən 1030 manat məbləğində pul ondan alınaraq X6 ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2815 manat məbləğində pul vəsaiti və dövlət rüsumu ondan tutularaq tələbkar X14 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2500 manat məbləğində pul vəsaiti ondan tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1450 manat məbləğində pul vəsaiti ondan tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ondan tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1071.51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu ondan tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1934/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 997,3 ABŞ dolları və 30 manat dövlət rüsumu ondan tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Maddi cəhətdən imkanı olmadığı üçün borclarını ödəyə bilməmişdir. Lakin borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2500 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməlidir. Odur ki, məbləğin ödənilməsi üçün Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5956/2022 saylı, 25 noyabr 2022-ci il tarixli icra sənədindən görünür ki, 1000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Şəxs alınaraq X6 ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 11 fevral 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 11 fevral 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. 28 fevral 2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. 01 avqust 2023-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 2750 manat məbləğində pul vəsaiti və mediasiya prosesində çəkilmiş xərcin əvəzi olaraq 65 manat məbləğində pul tutularaq tələbkar X14 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 23 noyabr 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 23 noyabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Xətai Rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov, hal şahidləri X7 və X3 iştirakları ilə tərtib olunmuş 26 aprel 2024-cü il tarixli aktdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3611/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2750 manat məbləğində pul vəsaiti və mediasiya prosesində çəkilmiş xərcin əvəzi olaraq 65 manat məbləğində pul tutularaq tələbkar X14 xeyrinə ödənilməlidir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq ünvan 2 ünvana gəlmişlər. Mənzilin giriş qapısını xeyli döysələr də qapını açan olmamışdır. 24 aprel 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6784/2023-009 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 2500 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 18 yanvar 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 18 yanvar 2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Xətai Rayon İcra şöbəsinin icra məmuru X13, hal şahidləri X8 və X7 iştirakları ilə tərtib olunmuş 16 fevral 2024-cü il tarixli aktdan görünür ki, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq ünvan 2 ünvana gəlmişlər. Borclu Şəxs qeyd olunan ünvanda yaşamadığını müəyyən etmişlər. 16 fevral 2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-557/2023-015 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, Şəxs 1450 manat məbləğində pul vəsaiti və 34,50 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 06 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 17 iyul 2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8464/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 568 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinin 14 fevral 2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinin 14 fevral 2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinin 21 iyun 2019-cu il tarixli xx/xx- 5470/19 nömrəli məktubundan görünür ki, Şəxs ümumilikdə 598 manat borc pul tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmasına dair Xətai Rayon Məhkəməsinin 2(011)-8464/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi xx.xx.2019-cu il tarixdə Xətai rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar və icra sənədinin surəti borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borcluya məxsus əmlakın, pul vəsaitinin və qiymətli kağızın aşkar edilməsi məqsədi ilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına heç bir qiymətli əmlak aşkar edilməmişdir. İcra sənədinin icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə borclu Şəxs Xətai rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuşdur. Borclu həmin tarixdə verdiyi izahatda 100 manat ödədiyini və xx.xx.2019-cu il tarixədək borcunu tam ödəyəcəyini bildirmişdir. Lakin xx.xx.2019-cu il tarixədək ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə xx/xx- 4146/19 saylı məktubla tələb borclunun əmək haqqının 50%-nə yönəldilmişdir. Hazırda icra sənədi nəzarətdədir və onun icrası istiqamətində qanunamüvafiq tədbirlər görülür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3693/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1071,51 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 29 iyul 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 29 iyul 2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1934/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədindən görünür ki, X5 997,3 ABŞ dolları və 30 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 11 iyul 2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 11 iyul 2013-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Abiyev X9 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar