Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-232/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən 24 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Şəxs icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, məhkəmə prosesləri zaman 3 il uşağı ondan ayrı saxlayıblar. Hər görüş günü uşağı atası ilə görüşə aparıb. Cəmi iki dəfə uşağı atası ilə görüşə aparmamışdır. Bazar günü bayram ilə əlaqədar olaraq aparmamışdır, bir gün də uşaq xəstə olduğu üçün aparmamışdır. Ünsiyyət hüququna mane olmaq fikri yoxdur. Qərəzli şəkildə heç bir şey etmir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş metriallarında olan Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X11 cavabdeh Şəxs qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər xx.xx.2016-cı il təvəllüdlü X21 ilə ərizəçi X11 ünsiyyət hüququ hər həftənin bazar günləri saat 11:00-dan saat 15:00-a kimi müəyyən edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür kimi, Şəxs icra sənədinin icra olunması üçün 10 gün müddətinə könüllü icra etməsi xahiş olunmuş, hüquq və vəzifələri başa salınmışdır. İş materiallarında olan 23 noyabr 2023-cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bərdə rayon məhkəməsi tərəfindən verilmiş 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi borclunun yaşadığı yer üzrə həyata keçirilməsi məqsədi ilə Xətai rayon üzrə İcra şöbəsinə göndərilmişdir. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixli 2893 №-li 66 saylı MKİS-nin arayışından görünür ki, Şəxs Aşıq Qurban küçəsi, 25 saylı evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi bir oğlu X8 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai rayon İcra şöbəsinin göndəridiyi xəbərdarlıqdan görünür ki, Şəxs dərhal icra sənədi üzrə tələbi təmin etməlidir, əks halda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirilmə və 84.1-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan 05 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru Vidadi Mahmudov, hal şahidləri Davudov Əziz-Ağa Abid oğlu, X6 və tələbkar Əli Quliyevin iştirakı ilə ünvan 1 ünvana gəlmişlər. İcra məmuru tərəfindən görülmüş icra tədbirləri zamanı borclu Şəxs yaşadığı özbaşına tikilmiş evi tapmaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli borclunun və uşağın axtarışı haqqında qərardan görünür ki, borclu, xx.xx.1994-cü il təvəllüdlü, ünvan 2i ünvanında qeydiyyatda olan Şəxs və xx.xx.2016-cı il təvəllüdlü uşağı X12 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli aktdan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbini icra etmək məqsədi ilə Şəxs icra şöbəsinə dəvət etmişdir. İcra tədbiri zamanı Şəxs icra məmurunun tələbinə baxmayaraq 9 nömrəli xidməti otağı tərk etmiş, icra məmurunun tələbinə heç bir məhəl verməmişdir. İş materiallarında olan 07 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbini icra etmək məqsədi ilə iş üzrə borclu Şəxs və tələbkar X3 11:00-da Xətai rayon icra şöbəsinə dəvət etmişdir. Buna baxmayaraq saat 13:00-dək borclu Şəxs şöbəyə gəlməmiş və uşağı Kamil Quliyevi atası Əli Quliyevə təqdim etməmiş, bu səbəbdən uşaqla ünsiyyət təmin olunmamışdır. Aktın tərtibi zamanı heç bir şikayət və müraciət daxil olmamışdır. İş materiallarında olan 14 yanvar 2024-cü il tarixli aktdan görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru X1 rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin tələbini icra etmək məqsədi ilə iş üzrə borclu Şəxs və tələbkar X3 11:00-da Xətai rayon icra şöbəsinə dəvət etmişdir. Buna baxmayaraq saat 13:00-dək borclu Şəxs şöbəyə gəlməmiş və uşağı Kamil Quliyevi atası Əli Quliyevə təqdim etməmiş, bu səbəbdən uşaqla ünsiyyət təmin olunmamışdır. Aktın tərtibi zamanı heç bir şikayət və müraciət daxil olmamışdır. İş materiallarında olan 24 yanvar 2024-cü il tarixdə Bərdə rayon məhkəməsinin 16(021)-56/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurları X4 və X7, hal şahidləri X22, X5 və X9 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Şəxs şöbənin inzibati binasında səs-küy yaratmış, nalayiq ifadələr istifadə etmiş, icra məmurunun tələblərinə məhəl qoymamış və buna görə şöbənin iş qaydasını pozmuşdur. Borclu ilə profilaktik söhbətlər aparılsa da heç bir müsbət nəticə olmamış və öz hərəkətlərinə davam etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-232/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-232/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver