Məhkəmə qərarları › İş №3(011)-2324/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2324/2022

13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2324/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru, polis leytenantı X6 və Bakı şəhər X17 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, X1 iştirakı ilə, X2 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 3(011)-2324/2022 saylı qərarı ilə şikayət təmin edilmiş, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2022- ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 3(011)-2324/2022 saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Bakı şəhər BPİ DYPİ-nin səlahiyyətli vəzifəli şəxsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2516/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X17 İdarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 3(011)-2324/2022 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 3(011)-1497/2022 saylı məhkəmə qərarına əsasən BDYPİ tərəfindən qəbul edilmiş TP ******* saylı qərarın ləğvi və yenidən baxılması üçün müraciət etmişdir. Uzun müddət sonra ona hər hansı bir məlumatın verilmədiyini gördükdə xx.xx.2022-ci il tarixində BDYPİ-nə yaxınlaşmışdır. Protokola yenidən qərar çıxarıldığı ona bildirilmişdir. Qanunvericiliyə əsasən onun iştirakı olmadan baxılmasının qanuna zidd olduğunu bildirmişdir. Lakin DYP əməkdaşı ona bildirmişdir ki, onlar onu dəvət etməli deyillər, avtomobilə baxış olmadan qərar verə bilərlər. BDYP məhkəmə qərarını icra etməmiş və avtomobilə yenidən baxış keçirib işi yenidən araşdırmamışdır. Beləliklə o, barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək əlavə olaraq bildirmişdir ki, “BMW 530 minik” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sağ və sol tərəf olmaqla iki səsboğucu sistem quraşdırılmışdır, hər ikisi aktivdir və hər iki tərəfdəndə dəm qazı ixrac eliyir. Nə dəm qazı, nədə ki səsin müəyyən edilmiş normadan artıq olmamasına baxmayaraq barəsində Bakı şəhər X17 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Beləliklə o, göstərilənlərə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər X17 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X3 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X7 avtomobili konstruksiya dəyişikliyi ilə idarə edərək qəsdən inzibati xəta törətmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Maddənin tələbindən göründüyü kimi qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. İşin faktiki halları ondan ibarət olmuşdur ki, Kənan Hüseynovun idarə etdiyi “BMW-530” minik markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobil zavod istehsalçı tərəfindən işlənmiş qazları xaric etmək üçün bir səsboğucu qazan təchiz etmişdir lakin sözügüdən avtomobilə vizual baxarkən məlum olmuşdur ki, işlənmiş qazları xaric etmək üçün 2 qazan quraşdırılmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin Vİ-cı hissəsinin 4-cü bəndinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin nasazlığı kimi qəbul edilir. Göründüyü kimi bu halların olması yol hərəkəti qayda pozuntusu hesab edilməklə inzibati xətanın törədilməsi kimi qəbul edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən, işin faktiki halları araşdırılarkən düzgün olaraq X3 Azərbaycan Respublikası DİNnin Bakı şəhər Baş Polis İdarəsinin X17 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Beləliklə o, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X18 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru, polis leytenantı X9 izahat verərək bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X7 17 mart 2022-ci il tarixində saat 16:10 radələrində idarə etdiyi “BMW-530” minik markalı 99-01-934 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsində olan konstruksiya dəyişikliyinə görə tərəfindən saxlanılmışdır. Aparılan araşdırmadan sonra X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib tərtib edilmişdir. Belə ki, nəqliyyat vasitəsinə vizual baxış keçirdikdə müəyyən olmuşdur ki, istehsalçı tərəfindən işlənmiş qazları xaric etmək üçün bir səsboğucu qazanın təchiz edilməsinə baxmayaraq, sürücü tərəfindən nəqliyyat vasitəsinə əlavə olaraq qazan quraşdırılmışdır. Qeyd olunan dəyişiklik nəticəsində isə mühərrikin səs gücü qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq olmuşdur. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib edən polis əməkdaşının və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X17 İdarəsinin polis mayoru X13 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2022-ci il tarixində, saat 16:10-da ünvan 1 ünvanında “BMW 530 minik” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsinə bir səsboğucu qazandan əlavə olaraq 2 qazan quraşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2022-ci il tarixində, saat 16:10-da ünvan 1 ünvanında “BMW 530 minik” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 150 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında şikayətçi X5 izahatında özünə məxsus “BMW 530 minik” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sağ və sol tərəf olmaqla iki səsboğucu sistem quraşdırdığını, nə dəm qazı, nədə ki səsin müəyyən edilmiş normadan artıq olmamasını bildirərək barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və elektron qərarda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X2 barəsində inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol-patrul xidməti baş inspektoru, polis leytenantı X9 izahat verərək bildirmişdir ki, nəqliyyat vasitəsinə vizual baxış keçirdikdə müəyyən olmuşdur ki, istehsalçı tərəfindən işlənmiş qazları xaric etmək üçün bir səsboğucu qazanın təchiz edilməsinə baxmayaraq, sürücü tərəfindən nəqliyyat vasitəsinə əlavə olaraq qazan quraşdırılmışdır. Qeyd olunan dəyişiklik nəticəsində isə mühərrikin səs gücü qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı əlavəsinin Vİ-cı hissəsinin 4-cü bəndinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə nəqliyyat vasitəsinin nasazlığı kimi qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar