Məhkəmə qərarları › İş №3(011)-2325/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2325/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2325/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 16.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6249 saylı, 06.06.2018-ci il tarixli və Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)- 759 saylı 30.01.2018-ci il tarixli icra sənədləri ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6249 saylı, 06.06.2018-ci il tarixli icra vərəqəsi ilə ondan və X3 müştərək qaydada 8312,6 manat pul tutularaq “xxxx” ASC-nin ödənilməlidir. Həmçinin, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra sənədinə əsasən ondan 3315 manat pul və 30 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. İşləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Mülkiyyətində bağ sahəsi və avtomobili var, qeyd edilən icra sənədləri üzrə borc həmin əmlaklara yönəldilmişdir. Qeyd edilən əmlakların satılaraq borcun ödənilməsinə yönəldilməsinə etiraz etmir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6249 saylı, 06.06.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs və X3 müştərək qaydada 8312,6 manat pul tutularaq “xxxx” ASC-nin ödənilməlidir. Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 3315 manat pul və 30 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra vərəqəsi üzrə Şəxs məxsus “Mitsibishi Pajero” minik markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aktdan görünür ki, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra vərəqəsi üzrə üzərinə həb qoyulmuş “Mitsibishi Pajero” minik markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilin duracağa qoyulması təmin edilmişdir. Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardaddan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6249 saylı, 06.06.2018-ci il tarixli icra vərəqəsi üzrə Şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 6 sot 7156 saylı bağ sahəsinin və sahədə yerləşən ümumi sahəsi 93,90 ha olan 2 otaqlı evin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra vərəqəsi üzrə Şəxs məxsus “Mitsibishi Pajero” minik markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aktdan görünür ki, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 2(011)-759 saylı 30.01.2018-ci il tarixli icra vərəqəsi üzrə üzərinə həb qoyulmuş “Mitsibishi Pajero” minik markalı **-XX-*** dövlət nömrə nişanlı avtomobilin duracağa qoyulması təmin edilmişdir. Həmçinin, Bakı şəhəri Xəta Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6249 saylı, 06.06.2018-ci il tarixli icra vərəqəsi üzrə Şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 6 sot 7156 saylı bağ sahəsinin və sahədə yerləşən ümumi sahəsi 93,90 ha olan 2 otaqlı evin üzərinə həbs qoyulmuşdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, icra sənədləri üzrə tələblər borclunun əmlaklarına yönəldiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar