Məhkəmə qərarları › İş №3(011)-2326/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2326/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2326/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis mayoru X5 iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 10.06.2021-ci il tarixdə ünvan 2 ünvanından X3 məxsus 90 manat dəyərində velosipedi oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Bu barədə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən 15 iyun 2021-ci il tarixdə Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 10.06.2021-ci il tarixdə ünvan 2 ünvanında velosiped görmüş, həmin velosipedi götürərək dəmir yığan şəxslərə 1 manat 80 qəpiyə satmışdır. Hazırda zərərçəkmiş şəxs X3 dəymiş ziyan tərəfindən ödənildiyindən onunla barışmış və X2 ona qarşı heç bir şikayət və tələbi də yoxdur. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 10.06.2021-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanından ona məxsus 90 manat dəyərində velosiped oğurlanmış, kamera görüntülərinə baxdıqda həmin şəxsin Şəxs olmasını müəyyən etmiş, bu barədə Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə şikayət etmişdir. Hazırda ona dəymiş maddi zərər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Odur ki, Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. (Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru, polis mayoru X6 izahat verərək göstərdi ki, Şəxs 10.06.2021-ci il tarixdə ünvan 2 ünvanından X3 məxsus 90 manat dəyərində velosipedi oğurlamaqla xırda talama inzibati xətasını törətmişdir. Faktla bağlı Şəxs barəsində İXM-nin 227ci maddəsi ilə 15.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhər Xətai RPl-nin 35-ci PB-nin təhqiqatçısı, polis leytenantı Zakir Bəhrəmov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.06.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuşdur; 15.06.2021-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 10.06.2021-ci il tarixdə ünvan 2 ünvanından X3 məxsus 90 manat dəyərində velosipedi oğurlamaqla xırda talama inzibati xətasını.törətdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; 16 iyun 2021-ci il tarixli ərizədən müəyyən edilir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən törətdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxs X3 dəymiş maddi zərəri tam olaraq ödənilmiş, onunla barışmışdır və Şəxs hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-cı maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahati, zərəçəkmiş şəxsin izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığından barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar