Məhkəmə qərarları › İş №3(011)-2326/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2326/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2326/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 iyun 2022-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 iyun 2022-ci il tarixli qərarının ləğv olunmasını və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Nobel prospekti 57 ünvanında təxminən 10:30 radələrində mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən polis əməkdaşı ona saxlamağını göstəriş vermişdir. Avtomobili saxlayıb düşdükdən sonra, polis əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi avtomobilin ban şüşəsində guya qanunla qadağan olmuş üzlük olduğunu bildirmiş və kobud formada icazə istəmədən avtomobilin qapısını açaraq, əlindəki qəpiklə şüşəni soymağa cəhd etmişdir. Avtomobilin şüşəsində qanunla qadağan olunan üzlük aşkar edilməmiş, o, polis əməkdaşının kobud hərəkətinə, polisə əməkdaşına yaraşmaz hərəkət etdiyinə və icazəsiz avtomobilə daxil olduğuna görə etirazını bildirdikdə, aralarında kiçik mübahisə yaranmış və ona problem yaradacağını bildirərək, ona qərəzli olaraq barəsində İXM-nin 342.2.4.-cü maddəsi ilə qərar qəbul etmişdir. Qeyd edir ki, qərar tam qanunsuz tərtib edilmiş, qərar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı tam qərəzli və formal qaydada qəbul edilmişdir. Belə ki, onun idarə etdiyi avtomobildə qanunla qadağan edilmiş üzlük olmamışdır. Avtomobilində qadağan olmuş üzlük aşkar edilməmişdir. Polis əməkdaşı qərar qəbul edərkən avtomobildə üzlük olmasını aşkar etmişdirsə, o zaman üzlüyün plyonka, pərdə və başqa bir avandalıq olmasını, onun tündlüyünün neçə faiz olmasını, şüşənin şəffaflığının korlanıb-korlanmamasını, görünüş dairəsinin məhdudlaşıb-məhdudlaşmamasını protokolunda qeyd etməli idi. Bundan başqa qərarda göstərilir ki, onun tələbinin pozduğu maddə 342.2-ci maddəsi qeyd edilsədə, polis əməkdaşı isə 342.2.4-cü maddəsini rəhbər tutaraq qərar qəbul etmişdir. İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsində “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması”nın inzibati xəta olduğu qeyd edilmiş və həmin xətalar 342.2.1, 342.2.2, 342.2.3, 342.2.4 bəndlərdə nəzərdə tutulmuş ayrı-ayrı xətar olduğu göstərilir. Həmin bəndlərdən biri 342.2.4-cü bəndir ki, orada qanunla qadağan edilmiş örtük istifadə edilməsinin inzibati xəta olduğu qeyd edilir. Polis əməkdaşı isə qərar qəbul edərkən, İnzibati xətalar Məcəlləsinin 342.2.4-cü maddəsini rəhbər tutub, 342.2-ci maddəsi ilə tənbeh tədbiri verilməsi barədə qərar qəbul etmişdir. Bu isə polis əməkdaşının qərar qəbul etmək qaydasndan məlumatı olmamasını və maddənin düzgün təfsir olunmamasını, qərarın yanlış olduğunu göstərir. İnzibati Xətalar Məcəlləsində və qərarın formasında qərarın qəbul edilməsi qaydası nəzərdə tutulmuşdur. Qərar qəbul edən şəxs isə həmin qanunun tələblərinə riayyət etməyə borcludur. Qərarda “İXM-nin 342.2-ci maddəsi” yazmaqla kifayətlənilməməlidir. Qərarda işə “baxılarkən müəyyən edilmiş hallar” hissəsini əsaslandırmaq əvəzinə “İXM-nin 342.2-ci maddəsi” yazılmaqla, qəbul edilmiş 150 manat cəriməni tamamilə əsassız, qeyri-obyektiv və qərəzli hesab edir, eyni zamanda İXM-nin 342.2.4-cü maddəsi ilə özünü təqsirli hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilir ki, İnzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsivası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 iyun 2022-ci il tarixli qərarının ləğv olunmasını və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 iyun 2022-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, 18 iyun 2022-ci il tarixdə X2 barəsində inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 iyun 2022-ci il tarixli qərar ləğv edilməli, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılması üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X2 barəsində olan Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 18 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar