Məhkəmə qərarları › İş №3(011)-2328/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2328/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2328/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş ərizəni nəzərdən keçirərək, müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Daha sonra X3 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon DYPŞnin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından vermiş olduğu şikayət əzirəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X3 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir. q ə r a r a a l d ı: Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar