Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2336/2025 14.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə Baş Dövlət Yol Polisi İdarəsinin 37-ci Polis Bölməsi 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, EPQ ******* saylı İnzibati İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tamamilə ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ № ******* inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Polis İdarəsinin 37-ci PB inzibati xəta haqqında EXP № ******* saylı protokol və həmin protokol əsasında qəbul edilmiş EPQ№ ******* saylı qərar əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ancaq iri itlərin cilovsuz, həmçinin buruntaqsız gəzdirilməsini nəzərdə tutur. Ona məxsus xaski iti Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarına əsasən iri itlər kateqoriyasına aid deyil. Buna dair beynəlxalq sənədlərdə və veterinar yoxlanışında da məlumat almaq mümkündür. Qeyd edir ki, bu protokolu və qərarı o, yalnız 28 fevral 2025-ci il tarixində Polis İdarəsindən ala bilmişdir. Həmin vaxta kimi dəfələrlə onlara müraciət etsə də, qərarı ona verməkdən müxtəlif bəhanələrlə imtina ediblər. O, bu cərimə barədə ASANPAY onlayn proqramından melumat tutmuş, həmin proqramda isə nə protokol, nə də qərar görünmürdü. Yəni Polis İdarəsi İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin də tələblərini pozmuşdur. Həmin maddəyə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Bu səbəbdən xahiş edir ki, onun bu qərarı mübahisələndirmə müddətinin axımını 28 fevral 2025-ci il tarixindən hesablansın. Məhkəmə iclasında şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək, sübut olaraq şəkillər təqdim etmiş, şikayətin təmin olunması və barəsində tərtib edilmiş 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, onun itinin cinsi “Haski”dir. Tam cins it deyil, qarışığı var. Haskinin çəkisi 30 kq-dan azdır, peyvəndlərini də vurdurmuşdur. Onun haski itisinin çəkisi 24 kq-dır. Polis əməkdaşı videosunu çəkmiş, lakin ASAN pay sistemində həmin video yoxdur. Mülki geyimdə olan bir kişi itin videosunu çəkmək istədiyini bildirmiş, o da onun kim olduğunu və nə üçün video çəkmək istədiyini soruşmuşdur. Sonradan polis əməkdaşları bildirdi ki, itə buruntax taxmadığı üçün cərimə olunursuz. Qanunda it cinslərinin adları yazılıb, amma haski cinsin adı qeyd olunan siyahıda yoxdur. İtinin boyu 54-55 sm-dir, 8 yaşı var. Həmişə Xətai metrosunun ətrafında gəzdirir, heç vaxt buna görə ona cərimə yazılmamışdır. İtinin orta boy it olması barədə sənədi var. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xərai Rayon Polisi İdarəsinin 37-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xərai Rayon Polisi İdarəsinin 37-ci Polis Bölməsinin 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilşmiş 31 yanvar 2025-ci il tarixli, EPQ ******* saylı İnzibati İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 200 manat cərimə tətbiq edilmişdir. X3 Hacıyeva Emiliyanın sahibi olduğu it barədə verdiyi Şəhadətnamədən görünür ki, genetik qarışığı olduğu üçün həmin itin boyu 55 sm olmaqla orta boylu it cinsinə aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 290.1.4-cü maddəsinə əsasən, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. 53.1.11-ci maddəsinin tələbinə görə bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi 31 yanvar 2025-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş 31 yanvar 2025-ci il tarixli, EPQ ******* saylı İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2336/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2336/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver