Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2343/2022 26.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən 21 avqust 2020-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyi tərəfindən 21 avqust 2020-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X3 tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 21 avqust 2020-ci il tarixli, BNA ******* nömrəli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı Nəqliyyat Agentliyi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2436/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, X1 Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında 21 avqust 2020-ci il tarixli, BNA ******* nömrəli qərarından verdiyi şikayətin təmin olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, həmçinin həmin məhkəmənin hazırkı iş üzrə 13 iyul 2022-ci il tarixli inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması qərardad qəbul edilir. Belə ki, X1 məhkəməyə ünvanladığı şikayət ərizəsində qeyd etdiklərindən də müəyyən olunur ki, o, mübahisələndirilən xx.xx.2020-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2020-ci il tarixdə onun mail adresinə göndərilmiş, X3 isə həmin qərardan xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət verərək təxminən 1 ay yarım sonra mübahisələndirmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayətin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilmədiyini, buraxılmış müddətin bərpa olunmasına dair vəsatət verilmədiyini və buraxılmış müddətin bərpa edilmədiyini, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən 21 avqust 2020-ci il tarixdə qəbul edilmiş BNA ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2343/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2343/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver