Məhkəmə qərarları › İş №3(011)-2346/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2346/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2346/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 18 may 2021-ci il tarixli, 13000-0433/21 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkmənistan Respublikasından Gürcüstan Respublikasına daşınmalı olan “Hidro Dizel” yanacaq malı ilə yüklü “Lady Maria” tankeri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri Xətai rayonunda yerləşən “Liman” gömrük postuna daxil olmuşdur. Həmin malın bir hissəsi Azərbaycan Respublikası ərazisində daşıyıcısı olan hüquqi şəxs Şəxs tərəfindən müvafiq olaraq **********6490 və **********6483 saylı gömrük bəyannamələri üzrə bəyan edilərək təyinatı üzrə göndərilsə də, 5020 kq-dan ibarət hissəsi 06.01.2021-ci il tarixdə MMC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı qərarına əsasən 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin Nazirlər Kabinetinin həmin qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan 5020 kq “Hidro Dizel” yanacağı yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən gömrük qanunvericiliyində müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli, 13000- 0433/21 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Türkmənistan Respublikasından göndərilən 5020 kq “Hidro Dizel” yanacaq malı ilə yüklü “Lady Maria” tankeri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin Xətai rayonunda yerləşən “Liman” gömrük postuna daxil olmuş və həmin yük Azərbaycan Respublikasının ərazisində daşıyıcısı olan hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 229 saylı qərarına əsasən 04 (dörd) ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. Lakin Nazirlər Kabinetinin həmin qərarında müəyyən edilmiş malların saxlanc xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalan 5020 kq “Hidro Dizel” yanacaq yükü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 (dörd ay) pozulmuşdur. Nəticədə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 07 may 2021-ci il tarixli raportdan görünür ki, Tükmənistan Respublikasından 06.01.2021-ci il tarixdə “EurAsia Technologies FZ-LLC” şirkətinin ünvanına göndərilən 6.033.940 kq. “Hidro Dizel” yanacağı malı ilə yüklü «Lady Maria» tankeri Bakı şəhəri Xətai rayonunda yerləşən “Liman” gömrük postuna daxil olmuş, həmin yükün 1019.940 kq **********6490 və **********6483 saylı gömrük bəyannamələri ilə tranzit gömrük prosedurunda rəsmiləşdirilərək təyinatı üzrə yola salınmışdır, lakin saxlancda qalmış 5020 kq hidro dizel yanacağı yükü heç bir digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Bununla da, Şəxs MMC şirkəti tərəfindən gömrük qanunvericilikdə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma üçün nəzərdə tutulmuş son müddət 04 ay pozulmuşdur; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin təhqiqatçısı gömrük xidməti mayoru X1 tərəfindən tərtib edilmiş 18 may 2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs barəsində 13000-0433/21 saylı inzibati xəta haqqında iş üzrə İXM-nin 61, 64-cü maddələrinə əsasən Şəxs MMC-nin hüquqşünası 11.11.1980-ci il təvəllüdlü X2 müəssisənin 22.01.2020-ci il tarixli etibarnamə əsasında nümayəndəsi kimi sorğu-sual edilmiş və həmin aparılan sorğu-sual zamanı o, hüquqi şəxs tərəfindən inzibati xətanın törədilməsini etiraf edərək bildirmişdir ki, şirkətləri tərəfindən 06.01.2021-ci il tarixdə verilimiş və müvəqqəti saxlanc proseduru altında qalmış mal müxtəlif texniki və texnoloji səbəblərdən müəyyən edilmiş müddət ərzində digər prosedur altında yerləşdirilməmiş və təyinatı üzrə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü tarixli 229 saylı qərarında müəyyən edilmiş 04 (dörd ay) müddətinin bitməsinə baxmayaraq müvəqqəti saxlancda qalmış 5020 kq “Hidro dizel” yanacağı yükünü heç bir digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov İş № 3(011)-1715/2020 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ 30 sentyabr 2020-ci il Bakı şəhəri X5 Vaqif oğlunun sədrliyi Səfərov Nihad Asif oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 14:40-da başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Katib məruzə edərək bildirir ki, səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Sədrlik edən yerində müşavirə edib, Qərara alır: - Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Məhkəmə qərar qəbul etmək üçün müşavirə otağına gedir, müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını izah edir. Məhkəmə iclası saat 15:45-də bağlı elan olunur. İclas protokolu 30 sentyabr 2020-ci il tarixdə tərtib edildi. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar