Məhkəmə qərarları › İş №3(011)-2348/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2348/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2348/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X9, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi, Vaqif Cavadovun inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN № ******* saylı qərarı ilə xx xxxxxx 2020-ci il tarixli, MN ******* aylı inzibati xətanın törədilməsinə dair tərtib edilmiş protokola və toplanmış materiallara əsasən barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 5000 (beş min) manat məbləğində inzibati cərimə edilməyi barədə qərar qəbul etmişdir. Həmin qərarı qanunsuz və əsassızdır. Belə ki, barəsində inzibati xəta faktı əsasında aparılmış inzibati araşdırmanın nəticəsi kimi tərtib edilən protokolodan onun məlumatı olmamış, inzibati xətanın törədilməsi ilə bağlı iştirakı təmin edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri ona izah edilməmişdir. xx xxxx 2020-ci il tarixli qərar ona xx xxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə xx.xx.2020-ci il tarixdə şikayət vermiş, lakin Nazirlik xx xxx 2020-ci il tarixdə şikayəti alsa da, bu günə kimi ona heç bir cavab verməmişdir. Qərar icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, yuxarı kollegial orqan tərəfindən şikayət olunan qərarın qanuni və əsaslılığı araşdırılmadığına və ona cavab verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 0,17483 ha torpaq sahəsi, onun üzərində olan fədi yaşayış evi və digər tikililər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuşdur. İnzibati xəta haqqında protokol tərtib edilən vaxt həmin əmlak üzərində onun mülkiyyət hüquqları olmamışdır. Digər tərəfdən, həmin torpaq sahəsində bir fərdi yaşayış evi və müxtəlif təyinatlı tikililər vardır. Xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahəsində müxtəlif illərdə əkilmiş, budaqları qurumuş və ömrünü başa vurmuş dekorativ ağaclar olmuşdur ki, həmin ağaclar həyətin ümumi görünüşünə xələl gətirmişdir. İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, o, İXM-nin 253.8.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 5000 manat məbləğində cərimə edilmişdir. Həmin maddənin dispozisiyasında göstərilir ki, meşəqırma bileti (orderi) olmadan meşə fondunda köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsinə və ya zədələnməsinə, yaxud meşə əkinlərində, tingliklərində, böyümə və plantasiya sahələrində toxmacarların və tinglərin, yaxud meşənin bərpa edilməsi üçün müəyyən olunmuş sahələrdə təbii əmələ gəlmiş cavan ağacların və cücərtilərin məhv edilməsinə və ya zədələnməsinə görə; meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə; eyni inzibati xəta: şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırmaişləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər törədilən inzibati xətaya görə cəzalandırılırlar (İXM - 253.3.1). Qanunvericilik həmin maddənin qeydində müəyyən etmişdir ki, bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. ünvan 1 A ünvanında yerləşən ümumi sahəsi 0,17483 ha torpaq sahəsi və onun üzərində olan tikililər Hüqüqların Döviət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətində olmuşdur. Barəsində inzibati tənbeh vermə barədə protokol tərtib edilərkən o, mülkiyyətçi olmamışdır. Protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib etmək üçün qanunvericiliklə nəzərdə tutulan prosedur qaydalara əməl edilməmiş, protokol qərəzli olaraq heç bir fakta əsaslanmadan tərtib edilmişdir. Həmçinin, sözügedən qərarı imzalayan 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan qanunsuz və əsassız olaraq 5000 (beş min) manat məbləğində cərimə etmişdir. Halbuki, İXM-nin 253.3.1-ci maddəsinin sanksiyasında həmin maddənin dispozisiyasında göstərilən inzibati xətanın törədilməsinə görə fiziki şəxslərin iki min iki yüz manat miqdarında cərimə edilməsi nəzərdə tutulmuşdur. M.Cavadov tərəfindən səlahiyyət həddi aşılmış, qanunvericiliyin tələbləri pozularaq əsassız və qanunsuz olaraq cərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Digər tərəfdən, səlahiyyətli orqan onun həmin inzibati xətanın subyekti olduğunu düzgün müəyyən etməmşdir. Odur ki, hesab etmiş ki, onun inzibati xəta törətdiyinə görə 5000 manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. X1 şikayətinin hüquqi əsası kimi İXM-nin 57.1, 100.2, 100.3, 100.4, 101.1, 101.2, 117.1, 117.2, 128.1, 129.1.3-cü maddələrinə istinad etmişdir. Məhkəmə iclasında şikayətçi X2 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X12 şikayət ərizəsi müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu bildirərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş material-larını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşova ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətindən görünür ki, X.N.İsmayılova həmin müraciətində Xətai rayonu İ.Həbibov 78 A ünvanında mülkiyyətində olan həyət evi və torpaq sahəsində olan bəzi quru ağacların təhlükəli və qəzalı şəraitdə olduğuna görə köçürülməsinə və ya kəsilməsinə dai göstərişin verilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin surəti ETSN-nin X10 Departamentinə göndərilməklə X3 ünvanladığı xx.xx.2019cu il tarixli, 22/İ-124 saylı məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləsən torpaq sahəsində qurumuş ağacların kəsilməsi ilə bağlı müraciətinə ETSN-nin Dövlət Ekspertiza İdarəsində baxılmışdır, məsəİə ilə əlaqədar idarənin əməkdaşları tərəfindən yerində baxış keçirilmş və sözügedən ərazidə 05 ədəd Qlediçiya və 01 ədəd Tut ağacının normal inkişafda olduğu müəyyən edilmişdir. Nazirlər Kabinetinin xx xxxxxx 2016-ci ıl tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2-ci bəndində yaşıllıqların gölürülməsi üçün əsas hesab edilən hallar nəzərdə tutulmuş, Qaydanın 2 3-cü bəndində isə bu hallar istisna olmaqla yaşıllıqların göturülməsinin qadağan olunduğu göstərilmişdir. Odur ki, ETSN-nin Dövlət Ekspertiza İdarəsi ağacların toxunulmaz qalmasını və aidıyyatı qurumlar tərəfindən nəzarətdə saxlanmasını qanunamüvafiq hesab etmişdir. Ağaclar sükunət dövründə olduğundan növbəti movsümdə inkişaflarını yenidən davam etdirəcəklər; xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən X2 İ.Həbibov küçəsi 78 A ünvanında 6 (altı) ədəd ağacın qanunsuz kəsilməsi və yerində tikinti işlərinin aparılması göstərilərək İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X5 İ.Həbibov küçəsi 78 A ünvanında 6 (altı) ədəd ağacı qanunsuz kəsməsi əsası ilə İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 3 A ünvanında yerləşən 0,17483 ha torpaq sahəsindən ibarət, ümumi sahəsi 61,1 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət resestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində X6 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur; 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, 2. bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla səlahiyyətli orqanın nümayəndəsi tərəfindən X2 İ.Həbibov küçəsi 78 A ünvanında 6 (altı) ədəd ağacın qanunsuz kəsilməsi və yerində tikinti işlərinin aparılması göstərilərək İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta pozuntusuna yol verməsi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş,xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X5 ünvan 4 A ünvanında 6 (altı) ədəd ağacı qanunsuz kəsməsi əsası ilə İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 5000 manat cərimə edilmişdir. Məhkəmə şikayətçinin dəlilləri ilə razılaşır və bunu aşağıdakılarla əsaslandırır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi tarix göstərilməmiş, həmçinin, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda dainzibati xətanın hansı tarxidə törədildiyi göstərilməmişdir. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsində inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxtın göstərilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Məhkəmə, xətanın törədildiyi vaxtın müəyyən edilməsinin vacib olduğunu ona görə vurğulayır ki, bu hal müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin tətbiqinə maneə olmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnməkdədir. Bundan əlavə, akt və inzibati xəta haqqında protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, Seriya RX ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 3 A ünvanında yerləşən 0,17483 ha torpaq sahəsindən ibarət, ümumi sahəsi 61,1 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət resestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində X6 adına qeydiyyata alınmışdır. Göründüyü kimi, akt, inzibati xəta haqqındaprotokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edildiyi tarixdən bir il əvvəl torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmasına baxmayaraq inzibati orqan əsassız olaraq X2 İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi qənaətinə gəlmişdir. Bundan əlavə,0,17483 ha torpaq sahəsinin kateqoriyasından (məqsədli təyinatı) görünür ki, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. İXM-nin 253.3.1-ci maddəsində şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuş, həmin maddənin qeyd hissəsinin 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət əkinlərə şamil edilmir.” Göründüyü kimi, torpaq sahəsi xüsusi mülkiyyətdə olmuş, İXM-nin 253.3.1-ci maddəsinin hüquqi qüvvəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilməmiş, buna baxmayaraq inzibati orqan əsassız olaraq X4 həmin maddə ilə tənbeh etmişdir. Bundan əlavə, X5 inzibati xəta haqqında protokolun tərtib edilməsindən məlumatının olmadığını, eyni zamanda inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakının təmin edilmədiyini qeyd etmiş, inzibati orqan X2 inzibati araşdırma barədə məlumatlandırılmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar ətraflı araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 həmin qərarla İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi və hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərə qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALD İ : X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X7 rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar