Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2358/2020 02.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlu, X2 barəsində Bakı şəhəri Nəsimi Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı Fərid Həsənov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin protokola yenidən obyektiv şəkildə baxılması üçün X2 tərəfindən verilmiş ərizəni nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İş materiallarında olan ərizədən görünür ki, Bakı şəhəri Nəsimi Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı Fərid Həsənov tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə, İXP seriyalı ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokola yenidən obyektiv şəkildə baxılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və ona əlavə edilmiş sənədi nəzərdən keçirib hesab edir ki, vəsatət və ona əlavə edilmiş sənədlərlə birlikdə X1 geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məhkəmə tərəfindən cərimənin silinməsinə dair müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə inzibati xəta materialını araşdırıb, dəbbə pulunun silinməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində heç bir müddəa nəzərdə tutulmadığından vəsatət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X2 barəsində Bakı şəhəri Nəsimi Rayon DYPŞ Yol patrul xidməti inspektoru, polis serjantı Fərid Həsənov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və həmin protokola yenidən obyektiv şəkildə baxılması üçün X2 tərəfindən verilmiş ərizə və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(011)-2358/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2358/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver