Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2361/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hacıyeva Sülhanə Sərdar qızı, Şəxs tərəfindən Bakı şəhəri BPİ-nin X1 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli, EQ 14937631 saylı qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bakı şəhəri BPİ-nin X1 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli, EQ 14937631 nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri BPİ-nin X1 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli, EQ 14937631 nömrəli qərardan görünür ki, inzibati xəta Xətai rayonu ərazisində deyil, ünvan 1 ünvanında törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Törədilməsi ehtimal olunan inzibati xətanın Bakı şəhərinin Xətai rayonu ərazisində deyil Binəqədi rayonu ərazisində törədildiyini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs tərəfindən Bakı şəhəri BPİ-nin X1 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli, EQ 14937631 saylı qərarının ləğv edilməsi barədə daxil olmuş şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2361/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2361/2023
12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver