Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2362/2020 05.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə X1 Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və ödədiyi 71.40 manat ödənişin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olduğundan verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiyallarında olan Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 3(011)-1281/2019 saylı qərarından görünür ki, Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Dövlət X4ytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Məhkəmə belə hesab edir ki, X3 Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 128, 129-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Bakı şəhəri BPİ Dövlət X5 xx xxxx 2019-cu il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2362/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2362/2020
05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver