Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2365/2020 22.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X8, X5 Bakı Regional Bölməsinin monitorinq və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi X9 iştirakı ilə, X3 X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 2000 manat məbləğində cərimə təyin edilməsi barədə X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən həmin qərarı düzgün hesab etmir, onun ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini zəruri hesab edir. İnzibati Xətalar Məcəlləsinin 447.0.l.-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə məsuliyyət nəzərdə tutur. Lakin cavabdeh inzibati orqanın nə barəsində qəbul etdiyi inzibati xəta haqqında qərarda, nə də barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda konkret olaraq hansı istehlakçının aldadıldığı göstərilməyib. Barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarda göstərilən hərəkət ümumiyyətlə baş verməyib və hər hansı istehlakçı aldadılmayıb. İş materialları arasında inzibati xəta faktının həqiqətən baş verməsinə, habelə onun konkret istehlakçıya qarşı və məhz onun işlədiyi marketdə törədilməsinə, qiymət yarlığının məhz onun işlədiyi marketə aid olmasına və aldadılma faktının real olaraq baş verməsinə - satıcının real qiymətdən daha çox pul ödəməsinə dair hər hansı sübut yoxdur. Belə ki, işlədiyi marketdə nəinki xx xxxxxxxx 2020-ci il tarixdə, ümumiyyətlə heç vaxt istehlakçıların qiymət fərqi ilə bağlı hər hansı narazılığı və ya mübahisəsi olmayıb. İnzibati xəta ilə bağlı araşdırma aparılarkən o, dəfələrlə inzibati orqanın araşdırma aparan səlahiyyətli şəxsindən şikayət edən istehlakçının marketə dəvət olunub öz şikayətini təsdiq etməsini və belə bir hadisənin məhz marketdə baş verməsini təmin etməyi xahiş etsə də, ona məlum olmayan səbəblərdən inzibati orqan bunu təmin etmədi. İşdə olan sənədlərdən görünür ki, həmin istehlakçı inzibati xəta ilə bağlı araşdırmaya da dəvət olunmayıb və onun təkrar izahatı alınmayıb. Buna görə də onda bu şikayətin süni surətdə və heç bir real əsas olmadan yaranmasına dair əsaslı şübhələr yaranıb. İnzibati xəta haqqında qərarda qeyd edilən “İnzibati xətaya’’ görə nə üçün məhz onun inzibati məsuliyyət daşımalı olduğu da qeyd olunmayıb. Belə ki, qiymət yarlıqlarının çap olunması və yapışdırılması işi onun səlahiyyətinə aid olan iş deyil. Onun əmək müqaviləsində bununla bağlı hər hansı müddəa qeyd olunmayıb. Belə ki, İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən və s. ibarətdir. Halbuki, inzibati xəta haqqında qərar qəbul edilərkən cavabdeh inzbati orqan iş üzrə hər hansı sübutun olub-olmamasını, inzibati xəta faktının baş verib- verməməsini ümumiyyətlə aydınlaşdırmayıb. İnzibati xəta haqqında qərar qəbul olunarkən İXM-nin 75.0.1 və 76.1-ci maddələrinin tələbləri də pozulub. İXM-nin 75.0.l-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (İnzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. İXM-nin 76.l-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçünhakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.Yuxarıda göstərilənlərə və İXM-nin 53.0.1, 114.1.4, 1 14.2.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İdarəsinin Bakı Regional Bölməsinin inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayətində göstərilənlərə uyğun izahat verərək şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X11 şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 Bakı Regional Bölməsinin monitorinq və istehlakçıların hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi X13 xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olmasını nəzərə alaraq şikayət ərizəsinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan vətəndaş X10 xx.xx.2020-ci il tarixli şikayətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 5A ünvanında yerləşən “Rahat” marketdən “X14” adlı məhsul almış, qiymət yarlığında məhsulun qiyməti 1.74 AZN qeyd edilsə də, ödəniş zamanı kassa çekində 2.05 AZN göstərilmişdir. Buna görə də qanun çərçivəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli satış çekindən görünür ki, “X14” adlı məhsulun qiyməti 2.05 AZN göstərilmişdir. İş materiallarında olan “X14” adlı məhsulun qiymət yarlığında qiyməti 1.74 AZN qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X6 “xxxxxxxxx” MMC-nin müdir müavini vəzifəsində çalışır. İşə əlavə edilmiş MN ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə X6 protokolun surətini almağını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli bildirişindən məlum olur ki, X4 ptotokola baxılması yeri və vaxtı barədə məlumat verilmişdir. İş materiallarında olan X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, X4 xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar göndərilmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-cü maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. X1 şikayətində göstərdiyi xüsusat, yəni onun əməlində inzibati xəta hadisəsinin olmamağı onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X6 əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 X5 Bakı Regional Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğvinə dair şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2365/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2365/2020
22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver