Məhkəmə qərarları › İş №3(011)-2370/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2370/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2370/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4624/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 12000 manat məbləğində borcun tutularaq X1 ödənilməsi qət edilmişdir. Hal-hazırda qalıq borc 7000 manat təşkil edir. Şəxs borcunu ödəməsi tələb edilmiş, lakin borclu üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımovun məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımovun inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair müraciətini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar