Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2371/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Şəxs Maksim oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarı və digər sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X3 tərəfindən Şəxs Maksim oğlunun barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 07 iyun 2021-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlər məhkəmənin icraatına 17.06.2021-ci tarixdə daxil olmuşdur. 07 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat materialları nəzarət qaydasında öyrənilərkən müəyyən edilmişdir ki, X2 07.10.2020-ci il tarixdə RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin tarixdə, saat təxminən 18:30-da ünvan 1 ünvanında yerləşən “Qəbələ” restoranının qarşısında saxladığı özünə məxsus “Kia Rio” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qanadının sürtülməsi nəticəsində ona təxminən 500 manat maddi ziyan dəymişdir. Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-in baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən araşdırma aparılmış, 17.10.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və hadisəni törədən naməlum şəxsin gələcəkdə şəxsiyyəti və yeri müəyyən olunarsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 23.02.2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-in polis sahə inspektoru, polis mayoru Təyyar Süleymanlıya həvalə edilmişdir. Xətai RPİ-nin 37-ci PŞ-in polis sahə inspektoru, polis mayoru Təyyar Süleymanlı tərəfindən gün və ay qeyd edilməyən 2021-ci il tarixli inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərardad qəbul edilmiş və həmin qərardad 19.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Xətai RPİ-nin 37-ci PŞ-in polis sahə inspektoru, polis mayoru Təyyar Süleymanlı tərəfindən aparılan araşdırma zamanı Bakı şəhərinin bütün RPİ-in PB-in rəislərinə baş vermiş hadisə ilə əlaqədar şəxsi heyətin təlimatlandırılmasına dair məktub .ıvanlanmış, hadisəni törətmiş naməlum şəxsin yerinin müəyyən edilməsinə dair raportla müraciət edilmiş, həyata keçirilən tədbirlərə dair plan tərtib edilmiş, görülmüş tədbirlərə baxmayaraq hadisəni törətmiş naməlum şəxsi müəyyən etmək mümkün olmamışdır. Odur ki, Xətai RPİ-nin 37-ci PŞ-in rəisi, polis polkovnik-leytenantı Şəxs Maksim oğlu tərəfindən 19.03.2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilmiş və həmin tarixli məktubla qərarın surəti rayon prokurorluğuna göndərilmişdir. Həmin qərar rayon prokurorluğuna 23.04.2021-ci il tarixdə daxil olmaqla öyrənilərkən müəyyən edilmişdir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs Maksim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll olunması üçün aidiyyatı üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana göndərilir. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraatı prokuror başlayır. Azərbaycan Respublikası İXM-nin 596-cı maddəsinin qeydinə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xəta icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə materiallar bu şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün həmin orqana göndərilir. Beləliklə, şəxsin inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətməsi təsdiq olunduğu halda, inzibati tənbeh vermək hüququ olan hakim inzibati tənbeh tətbiq etmədən, əvəzinə inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün icraatında olan materialları müvafiq icra hakimiyyəti orqanına göndərir. Məhkəmə hesab edir ki, Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs Maksim oğlunun intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Prokurorluğundan daxil olmuş Xətai RPİ-nin 37-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Şəxs Maksim oğlunun Azərbaycan Respublikası İXM-nin 596.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 07 iyun 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2371/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2371/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver