Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2373/2021 17.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi Rauf Ağayevin iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib, saxlayıb və daşımışdır. Bu barədə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə rəisi Rauf Ağayev tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir həftə olar ki, narkotik vasitə qəbul edir. 16.06.2021-ci il tarixdə ünvan 2 ünvanında onu polis əməkdaşları saxlayaraq 34-cü PŞ-nə gətirmiş və orada otaqların birində vəkilin iştirakı ilə üzərinə baxş keçirilmiş, üzərinə baxış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitəni Əhmədli Metrostansiyasının yanında tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata almışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-nin sahə rəisi Rauf Ağayev protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 17 iyun 2021-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş, onun İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutlmuş inzibati məsuliyyətə cəlb olunması məqsədə müvafiq hesab edilərək barəsində müvafiq tədbirlərin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə polis sahə inspektoruna göndərilmişdir; 17 iyun 2021-ci il tarixli, MN ******* nömrəli protokoldan aydın olur ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə olan heroini əldə edib, saxlayıb və daşıdığı üçün barəsində İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 iyun 2021-ci il tarixdə saat 22:00da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli, 1(011)-277/2020 saylı hökmündən görünür ki, Şəxs CM-nin 234.1-ci maddəsi İlə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 148 (bir yüz qırx səkkiz) gün həbsdə saxlanılma və ev dustaqlığında olma müddəti 296 (iki yüz doxsan altı) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzanın icrasının əvvəli onun cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, məhkum edilmiş Şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulmuş, Şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə dəyişdirilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınması hökm edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyun 2021ci il tarixli, 6/2438 nömrəli ekspret rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Məmmədov...” sozləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixatrop maddələrə məxsus izlər aşkar edilməmiş, heroin 28 iyun 200-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edib, saxlayıb və daşımışdır. Bununla da, Şəxs olaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Məmmədov X1 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli inzibati qaydada tutulduğu 16 iyun 2021-ci il tarixdən saat 22:00dan hesablansın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan 0,033 (sıfır, sıfır otuz üç) qram narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2373/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2373/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver