Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2379/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X13, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X15 tərəfindən MN ******* nömrəli, 02 aprel 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X15 məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs tərəfindən 6030 manat X7, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs tərəfindən 2080 manat X6 ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 300 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1000 manat ödəniş etmişdir. Həmin icra sənədləri üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokola Xətai Rayon Məhkəməsində baxılan zaman tələbkar X7 məxsus ***- ***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış və tələbkar X12 borclunun ona hər ay 300 manat ödəniş etməsindən narazı olmadığını bildirərək xx.xx.2025-ci il tarixdə ona məxsus olan karta 300 manat ödənildiyini təsdiq etmiş və borclu barəsində məsuliyyət tədbirinin görülməsini istəməmişdir. Bundan sonra digər məhkəmə qərarı üzrə X5 etibarnamə üzrə nümayəndəsi və atası Kamal müəllimlə ***-***-**-** telefon əlaqə saxlanılmış və xx.xx.2025-ci il tarixdə 1000 manat alimentin qızının kartına köçdüyünü təsdiq edərək qalan 2080 manat borcun 5 gün ərzində ödənilməsinə etirazının olmadığını vurğulayaraq borclu barəsində məsuliyyət tədbirinin görülməsini istəməmişdir. Bu səbəbdən də, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, ondan 5550 manat əsas borc məbləği, borcun gecikdirilməsinə görə (illik 5% hesablanmaqla) 578 manat olmaqla, cəmi 6128 (altı min yüz iyirmi səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat və hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat X7 verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, ondan xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı X6 ödənilməlidir. Əvvəllər alimenti mütəmadi ödəmişdir, lakin son bir neçə ay maddi çətinliyi olduğundan ödəniş edə bilməmişdir. Həkimdir, hazırda işləmir, lakin yer götürüb, orada təmir işləri gedir. Alimenti ən geci 5 günə ödəyib bitirəcək. Digər tələbkar isə dostu olub, onunla danışıb ödənişi aylıq məbləğlərə böldürüb ödəyəcək. Göstərilənlərə əsasən onun barəsində başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İş materiallarından olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3521/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 5550 manat əsas borc məbləği, borcun gecikdirilməsinə görə (illik 5% hesablanmaqla) 578 manat olmaqla, cəmi 6128 (altı min yüz iyirmi səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat və hüquqi xidmətə görə ödənilmiş 120 (yüz iyirmi) manat X7 verilməlidir. İş materiallarından olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, Şəxs ilə X11 arasında xx.xx.2015-ci il tarixində 2 saylı Bakı "ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində 2016 saylı akt qeydi ilə rəsmiləşdirilən nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları X5 himayəsində saxlanılmalıdılar, cavabdeh Şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay, hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Cavabdeh Şəxs 50 (əlli) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Xətai rayon icra şöbəsinin icra məmuru X15 tərəfindən tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə icraatında olan Xətai Rayon Məhkəməsinin 2(011)-3521 saylı xx.xx.2024-cü il tarixli və Xətai Rayon Məhkəməsinin 2(011)-675 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə borclu X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərəfindən tərtib olunmuş inzibati protokola Xətai Rayon Məhkəməsində baxılan zaman tələbkar X7 məxsus ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmış və telefonun gücləndirilmiş səs rejimində ona sözügedən məhkəmə qərarı üzrə borclu barəsində inzibati protokol tərtib olunduğu elan edilmiş və tələbkar X12 borclunun ona hər ay 300 manat ödəniş etməsindən narazı olmadığını bildirərək xx.xx.2025-ci il tarixdə ona məxsus olan karta 300 manat ödənildiyini təsdiq etmiş və borclu barəsində məsuliyyət tədbirinin görülməsini istəməmişdir. Bundan sonra digər məhkəmə qərarı üzrə X5 etibarnamə üzrə nümayəndəsi və atası Kamal müəllimlə ***-***- **-** telefon əlaqə saxlamışlar və xx.xx.2025-ci il tarixdə 1000 manat alimentin qızının kartına köçdüyünü təsdiq edərək qalan 2080 manat borcun 5 gün ərzində ödənilməsinə etirazının olmadığını vurğulayaraq borclu barəsində məsuliyyət tədbirinin görülməsini istəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə ki, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2379/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2379/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver