Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-238/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər Baş X9 İdarəsinin 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyun 2021-ci il tarixli İXP ******* saylı protokola Bakı şəhər Baş X9 İdarəsi tərəfindən çıxarılmış 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, hesablanmış cərimə və dəbbə məbləğlərinin silinməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 13 iyun 2021-ci il tarixində Ziya Bünyadov prospektində ona məxsus “Honda Accord” avtomobili ilə hərəkət edərkən saat 17:45 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ-nin baş inspektoru polis mayoru X4 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda “X7” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin tələblərinin pozulması qeyd olunaraq İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə məsuliyyət qeyd edilmişdir. İnspektor tərəfindən qayda pozuntusu sübuta yetirilə bilmədiyinə görə o, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokol tərtib etmişdir. Protokola etirazını bildirmiş olduğu üçün şikayətinə 23 iyun 2021-ci ildə BPİ DYPİ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində İXM-nin 329.1-ci maddəsinin tələblərini pozmaqla 40 (qırx) manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Qərardan məhkəməyə şikayət etmişdir və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25.08.2021ci il tarixli 3(011)-3055/2021 saylı qərarına əsasən BDYPİ-nin qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər X9 İdarəsinə geri qaytarılmışdır. Lakin BDYPİ tərəfindən yenidən barəsində 01.10.2021-ci il tarixində TP ******* saylı İXM-nin 329.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı heç bir sübut və əsas olmadan inzibati tənbeh vermə haqqında təkrar qərar çıxarılmışdır. Onun etirazı haqqında çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 13 iyun 2021-ci il tarixli İXP ******* saylı protokola Bakı şəhər Baş X9 İdarəsi tərəfindən çıxarılmış 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, hesablanmış cərimə və dəbbə məbləğlərinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, bundan əlavə bildirmişdir ki, Xətai Rayon Məhkəməsi tərəfindən 25.08.2021-ci il tarixdə onun barəsində qərar ləğv edilmiş, lakin Bakı şəhər Baş X9 İdarəsi tərəfindən yeni qərar qəbul edilərkən o dəvət edilməmiş, onun izahatı alınmamış, ona heç bir sübüt təqdim edilməmiş, onun tələb etdiyi hadisənin videogörüntüsü ona təqdim edilməmişdir. Həmçinin o barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və hesablanmış cərimə və dəbbə məbləğlərinin silinməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş X9 İdarəsinin 13 iyun 2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, sürücü X3 13.06.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti 21 ünvanı istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhər Baş X9 İdarəsinin 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, sürücü X2 13.06.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti 21 ünvanı istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3055/2021 saylı 25.08.2021-ci il tarixli qərarına əsasən Bakı şəhər Baş X9 İdarəsi tərəfindən tərtib olunmuş 23.06.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda sürücü X2 13.06.2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti 21 ünvanı istiqamətində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 3055/2021 saylı 25.08.2021-ci il tarixli qərarında göstərilən xüsusatlar araşdırılmadan və iş üzrə sübut əhəmiyyətinə malik olan sənədlər təqdim olunmadan, qərar qəbul edilərkən X2 iştirakı təmin edilmədən, onun izahatı alınmadan, hadisənin videogörüntüsünun olubolmamaqsı barədə məlumat vermədən, onun barəsində 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı yeni inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 01 oktyabr 2021ci il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər Baş X9 İdarəsinin 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində tərtib olunmuş Bakı şəhər Baş X9 İdarəsinin 01 oktyabr 2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-238/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-238/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver