Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2384/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əliyeva Fidan Rahim qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək mövcud olan qanunauyğunsuzluğların aradan qaldırılması, şikayətin tam şəkildə təmin edilməsi, inzibati tənbeh tətbiq etmə haqqında TP ******* nömrəli qərarın, həmçinin İXP ******* nömrəli protokolun tam şəkildə xitamı ilə bağlı qərar qəbul edilməsi, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının dayandırılmasının mövcud vəziyyət nəzərə alınaraq, qərarın qəbul edildikdən sonra icrasının məhkəmə nəzarəti və göstərişləri əsasında ciddi şəkildə icrasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinə qanunsuz olaraq tərtib olunmuş inzibati qərardan şikayət ərizəsi ünvanlamışdır. xx.xx.2025-ci il tarixində Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun sədrliyi ilə keçirilən məhkəmə iclasında 3(011)-1406/2025 nömrəli iş üzrə qərarına əsasən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar həmçinin İXP ******* nömrəli protokol ləğv edilib aidiyyəti üzrə həmin orqana qaytarılmışdır. Lakin araşdırılmaya göndərilən məsələ öz həllini tapmamışdır. Yekun məhkəmə aktının təqdim edildiyi gündən etibarən icra prosesi çox ləng şəkildə həyata keçmişdir, həmin cərimə məbləğinin üzərinə hər gün dəbbə pulu hesablanmışdır, habelə ünvanladığı çoxlu şikayətlər əsasında xx.xx.2025-ci ildə həmin cərimə ləğv edilmiş, lakin yenə eyni məzmunlu cərimə xx.xx.2025-ci il tarixində isə qərarlı şəkildə TP7146990 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar elektron kabinetinə yerləşdirilmişdir. İş düzgün və tam şəkildə araşdırılsaydı, eyni inzibati tənbeh tətbiq edilməsi barədə qərar yenidən mənə tərtib olunmazdı. Həmçinin, heç bir foto və ya video materialları təqdim edilməmişdir. Bu, açıq-aşkar qanunsuz olaraq tərtib olunmuş qərar və protokolun tam şəkildə ləğv olunmasına əsas yaradır. Dəfələrlə yekun məhkəmə aktının icrası ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumları və şöbələri ilə əlaqə saxlamış olsa da, qərarın icrası bilərəkdən və kobudcasına gecikdirilmişdir. Eyni məzmun əsasında yenidən qərar qəbul edilməsi, kifayət qədər sübuta yetirir ki, bu, qanunsuz olaraq və hər hansı dəlil təqdim edilmədən qəbul edilmiş qərarın məqsədli şəkildə yenidən inzibati tənbeh tətbiq edilməsi ilə əlaqədardır. Qərar ona kağız daşıyıcıda təqdim edilməməsi ilə əlaqədar olaraq yalnız şəxsinə məxsus olan elektron kabinetlə təqdim etmək məcburiyyətində qalmışdır. xx.xx.2025-ci ildə şəxsi mobil nömrəsinə Yol Polis İdarəsindən polis baş serjantı Məmmədov Hüseyn tərəfindən zəng edildi və bildirdilər ki, xx.xx.2024-cü il tarixində Xətai Rayonu 8-ci zavod küçəsi adlanan ərazidə inzibati xəta törətmişdir və bununla əlaqədar olaraq gün ərzində 24-cü otağa polis mayoru Paşazadə Hümbətə yaxınlaşmağını söylədilər. Lakin o, hal hazırda Naxçıvan Muxtar Respublikasında olduğunu qeyd etmiş, digər tərəf isə istənilən vaxtı idarəyə yaxınlaşa biləcəyini qeyd etmişdir. Həmin gün ərzində e-polis sisteminə qərarsız olaraq İXM 327.2-ci maddəsinə əsasən 100 manat 3 cərimə balı gəlmişdir. xx.xx.2025-ci il tarixində X5 elektron qaydada şikayət məktubu ünvanlamışdır (3-13-16/1 -M-4547/11 /2025), həmçinin 102 və 902 qaynar xəttinə dəfələrlə şikayət bildirmişdir. xx.xx.2025-ci il tarixində qərarlı protokol olaraq sistemə yerləşdirilmişdir, o da həmin gün ərzində X8 şikayət məktubu (3-13-16/1-M-4547/2-11/2025) ünvanladım. Həmçinin xx.xx.2025-ci il tarixində e-polis sistemindən həmin protokola dair şikayət ( 3- 13/1-M-62xx/xx/2025 ) bildirmişdir. xx.xx.2025-ci ildə Baş Dövlət Yol Polis İdarəsinə şikayət məktubu ünvanlamışdır ( 3-13/1-M- 6298/2-11/2025) və mövcud olan bütün qanunsuz əməlləri bildirmişdir və buna uyğun olaraq protokolun xitam verilməsindən ötrü xahiş etmişdir. xx.xx.2025-ci ildə Baş Prokurorluğa mövcud olan qanunsuz əməllər ilə bağlı şikayət məktubu ünvanlamış, lakin bu günə kimi müraciəti ilə bağlı ona məlumat verilməyib. xx.xx.2025-ci il tarixində Bakı Şəhər Baş Polis İdarəsi X9 İdarəsindən M-4547 nömrəli cavab məktubu gəlmişdir. Məktubda qeyd olunur ki, “xx.xx.2024-cü il tarixdə idarə etdiyiniz “Chevrolet” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin 8-ci Zavod küçəsində 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmanız faktı əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında işin baxılmasında iştirak etməniz barədə müvafiq qaydada məlumatlandırılmanıza baxmayaraq, heç bir səbəb göstərmədən iştirak etməkdən imtina eldiyinizə görə Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş və həmin qərar qanunvericiliklə nəzərdə tutulmuş qaydada sizə göndərilmişdir”. İlk öncə həmin küçədə avtomobil idarə etməmişdir, həmçinin telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikasında olduğunu qeyd etmişdir, habelə sözügedən qərar qanunvericiliklə nəzərdə tutulan qaydada göndərilməyib. Açıq şəkildə müddətin keçməsinə baxmayaraq qanunsuz şəkildə protokol və qərar tərtib olunmuşdur, əgər qanuni şəkildə olsaydı foto və ya materiallar şəxsi kabinetində öz əksini tapardı. Azərbaycan Respublikası Konstitutsiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 3(011)-1406/2025 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinə ünvanladığı müraciətə cavab olaraq təqdim edilmiş 04 fevral 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Chevrolet” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin 8-ci Zavod küçəsində 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozması faktı əsasında inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İnzibati xəta haqqında işin baxılmasında iştirak etməsi barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir səbəb göstərmədən iştirak etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş və həmin qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilmişdir. Mövcud qanunvericiliyə əsasən yalnız foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar üzrə tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarların və onların əlavələrinin gün ərzində nəqliyyat vasitələrinin istifadəçilərinin elektron kabinetinə yerləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Şikayətçinin şikayəti əsasında protokol yenidən araşdırılması üçün göndərildikdə eyni məzmunlu qərar qəbul edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin məktubunda da X3 yol verdiyi inzibati xətanın foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınmadığı qeyd edilmiş, xətaya dair hər hansı əlavə digər sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati xəta haqqında iş üzrə qərarından X3 verdiyi şikayəti təmin edilməli, barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-2384/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2384/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver