Məhkəmə qərarları › İş №3(011)-239/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-239/2022

06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-239/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 etibarnamə üzrə namyəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X1 etibarnamə üzrə namyəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Yaşadığı binanın qarşısında nəqliyyat vasitələrinin perpendikulyar üsul ilə saxlanması üçün “Parklanma nişanı” var və perpendikulyar qaydasında nəqliyyat vasitələrinin saxlanması üçün asvalt örtüyü rənglənmişdir. Lakin, buna baxmayaraq BNA-nin əməkdaşları tərəfindən qanunsuz olaraq, İXM- nin 346-1.2 maddəsi ilə BNA ******* nömrli, xx.xx.2021-ci il protokol tərtib etmiş və qərar qəbul elmişdir. Əlavə olunmuş foto şəkildən göründüyü kimi, Ayaz İsmayılov küçəsinin başlanğıcında “Parklanma 5.15 yol nişanı” var. Lakin, həmin nişanda parklarıma üsulunu tənzimləyən “Parklanma üsulu 7.6.1-7.6.9 əlavə məlumat nişanları” yoxdur. Azərbaycan Respublikası İXM-nin 127-6.1-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqara (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. Bildirmək istərdi ki, qərar ümumiyyətlə qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilməmişdir. Qərarı, qaynar xəttə şikayəti etdiyi zaman mail vasitəsi ilə xx.xx.2021-ci il tarixində göndərilmişdir. Qeyd edilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən Bu Məcəllənin 65.1-1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarından X1 etibarnamə üzrə namyəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 15 dekabr 2021-ci il tarixli, BNA ******* nömrəli qərarından X1 etibarnamə üzrə namyəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar