Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-239/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inspektoru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakı ilə, xx.xx.1995-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi işlə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Bağ evi yaşayış massivində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 23 yanvar 2023-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ağ şəhər ərazisində idarə etdiyi “Jeep Compass” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomaşınla sərxoş halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbini pozaraq, avtoxuliqanlıq etmişdir. Şəxs barəsində Bakı şəhəri Xətai rayonu DYPŞ-nin inspektoru X7 tərəfindən 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Jeep Compass” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər ilə hərəkətdə olarkən yalnız yol hərəkətinin tələblərini pozmuşdur. Belə ki, o, yalnız içkili olduğundan yol nişanlarının tələblərini pozmuş və bu səbəbdən də onun barəsində İXM-nin 333.1 və 327-ci maddələri ilə inzibati protokol tərtib edilməli idi. Hazırda o, öz səhvini başa düşür, törətdiyi əməldən çox peşmandır və həmiyasəndə anası, atası, yoldaşı və azyaşlı övladı var. Bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X6 bildirdi ki, 23 yanvar 2023-cü il tarixdə Şəxs Ağ şəhər istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq yalnız qoşa xəttin tələblərini pozmuşdur. Belə ki, İXM-nin 511-ci maddəsinin dispoziyasında da göründüyü kimi, avtoxuliqanlıq dedik də, mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlər başa düşülür. Lakin video görüntüyə baxış zamanıda müəyyən edilir ki, Şəxs heç bir avtoxuliqanlıq hərəkətləri olmayıb. Həmçinin Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən şahid kimi məhkəməyə təqdim edilmiş X1 olaraq ifadələr verməmiş və həmin şəxsin ifadələri qərəzli olaraq təhrif olunmuşdur. Qeyd edilənlərə əsasən Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsi ilə başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş edirəm. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai rayonu DYPŞ-nin inspektoru X7 izahatında göstərdi ki, 23 yanvar 2023-cü il tarixdə Şəxs “Jeep Compass” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər istiqamətində sərxoş halda müxtəlif üsullarla davamlı olaraq yol hərəkəti qaydalarını pozmuşdur. Həmin vaxt Şəxs saxlanılmış, daha sonra məlum olmuşdu ki, həmin şəxs sərxoşdu. Şəxs məxsus olan “Jeep Compass” minik markalı, **- US-*** dövlət qeydiyyat nişanlı avtomobil cərmə meydançasına yerləşdirilmiş, Şəxsla isə sərbəst buraxılmış, yalnız 24 yanvar 2023-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Xətai rayonu DYPŞ dəvət edilmişdir. Şəxs hərəkətlərində avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olduğundan, 24 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında İXP seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Ağ şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 23 yanvar 2023-cü il tarixdə avtomaşn təkərərinin asfalt örtüyü ilə sürtünməsi nəticəsində yaranan səsləri eşitmiş öncə yol nəqliyyat hadisəsi baş verdiyini düşünmüş və həmin tərəfə baxarkən “Jeep Compass” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağ şəhər ərazisində yol hərəkərəkət qaydalarını pozaraq nümayişkaranə şəkildə ictimai qaydanı pozduğunu görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X2 göstərdi ki, Şəxs onun dostudur və həmin vaxt Osman avtomaşına minərək qoşa xəttin tələblərini iki dəfə pozaraq getmişdir. Həmin vaxt polis əməkdaşları ona saxlama əmri vermiş və onu saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X9 şahid Şamxal İbrahimova oxşar məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 yanvar 2023-cü il tarixdə, Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə sərxoş halda ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə qərəzli hərəkətlər etmiş və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinədın görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0,364 % promil həddində müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İnsan Huquqlarının və X4 Haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə prosesi zamanı tərəflərin izahatlarından müəyyən edilmişdi ki, Şəxs 24 yanvar 2023-cü il tarixdə 17:00 radələrində Bakı şəhəri Xətai rayon DYPŞ-yə dəvət edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 24 yanvar 2023-cü il tarixdə, saat 17:00-dan hesablansın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rafail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-239/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-239/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver