Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2396/2022 10.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin Operativ Nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X11, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Hüquq idarəsinin iddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X6 iştirakları ilə, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə 12:25-də X1 fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Görüş” adlı kafesində operativ vergi nəzarəti zamanı obyektə quraşdırılmış NKA-nın fiskal yaddaşına daxil edilmiş məbləğlərə baxış keçirilməsinə maneçilik törətmiş, yoxlamaya şərait yaratmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin Operativ Nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X14 tərəfindən X6 İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Operativ Vergi Nəzarəti İdarəsinin Operativ Nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi X14 protokolu müdafiə edərək X6 barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin Hüquq idarəsinin iddiaçı qismində məhkəmə işlərinin təşkili şöbəsinin baş hüquqşünası X7 protokolu müdafiə edərək X6 barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X10 özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, həqiqətən də, o sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında yerləşən “Görüş” adlı kafe işlətmişdir. Onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən “Görüş” adlı kafesinəxx.xx.2022-ci il tarixdə vergi əməkdaşları gəlmiş, ondan kassa aparatının təqdim olunmasını istəmiş, o. Vergi əməkdaşlarına gəlirin kassa aparatına daxil etdiyini bildirmiş, lakin vergi orqanının əməkdaşları ondan kassa aparatının təqdim edilməsi və ona baxış keçirilməsinə şəraitin yaradılmasını bildirmiş, lakin o, vergi orqanının əməkdaşlarına inanmadığı, kassa aparatında hər hansı işlərin onun xəbər olmadan aparılmasından ehtiyyat edərək vergi əməkdaşlarına kassa aparatına baxış keçirilməsinə icazə verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən X8 (VÖEN: **********) məxsus obyektdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində plandankənar operativ vergi nəzarəti həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixdə KY221751663 nömrəli çıxarış verilmişdir; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən vergi xidməti müşaviri X12 **********6299 nömrəli xx.xx.2022-ci il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən X8 məxsus obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır; xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən X8 məxsus “Görüş” adlı kafedə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə yoxlanması tapşırılmış, lakin vergi ödəyicisi NKA təqdim etməyərək obyektə quraşdırılmış NKA-nın fiskal yaddaşına daxil edilmiş məbləğlərəbaxış keçirilməsinə maneçilik yaratmış, işçiləri obyektdən uzaqlaşdırmış, yoxlama keçirilməsinə şərait yaratmamış, yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina etmişdir; operativ vergi nəzarəti zamanı çəkilmiş videogörüntüyə məhkəmə iclas zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi operativ vergi nəzarəti zamanı yoxlama keçirilməsinə maneçilik yaradılmış, yaranan suallara şifahi və (və ya) yazılı izahat verməkdən imtina edilmişdir. Beləliklə, X6 İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınır. İş üzrə X6 əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, X3 Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona 1000 (min) manat məbləğində cərimə təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2396/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2396/2022
10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver