Məhkəmə qərarları › İş №3(011)-2404/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2404/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2404/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Hacıyeva Sülhanə Sərdar qızı, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ASC 24 may 2022ci il tarixdə alınmış sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünə kimi təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Həmçinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ləğv prosesində olan Şəxs ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə vəsatətlə müraciət edərək aidiyyət qaydalarının pozulduğunu əsas gətirərək, inzibati xəta haqqında işin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə vəsatəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, inzibati xəta haqqında işin geri qaytarılması barədə vəsatət təmin edilməməli, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən də məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Şəxs ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Şəxs ASC-nin ləğvedicisi təyin edilmişdir. Bundan əlavə olaraq, Şəxs ASC-nin faktiki yerləşdiyi ünvan Bakı şəhəri Xətai rayonu olsa da, həm ləğv edilməmişdən əvvəlki, həm də hazırkı hüquqi ünvanı ünvan 2ndə olan Şəxs ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı da Bakı şəhəri Nəsimi rayonu Bül-bül prospekti 40-dır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər; 114.3-cü maddəsinə əsasən işə baxılarkən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Banklar haqqında Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin həm ləğv edilməmişdən əvvəlki, həm də hazırkı hüquqi ünvanı ünvan 4al olunan inzibati xətanın Bakı şəhərinin Xətai rayonu ərazisində deyil, Nəsimi rayonu ərazisində törədildiyini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 109 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar