Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2405/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 14000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti 26 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 14000.00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 07 iyun 2023-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Gəncə şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil izahatında göstərmişdir ki, MMC 14000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti 26 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürmüşdür. "xxxx" MMC digər tərəfdən Almaniya Federal Respublikasının qanunları çərçivəsində qeydiyyatdan keçən "OMEGA GMBH" şirkəti arasında xx.xx.2021-ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilələrə əsasən "xxxx" MMC-yə məxsus Medistyle Hospital üçün Avadanlıqlar idxal edilmişdir. İdxalın Rəsmiləşdirilməsi zamanı yuxarıda qeyd olunan müqavilələr e.customs.gov.az portalındada qeydiyyatdan keçirilərək 210506158, ********* nömrələri ilə qeydiyyata alınmışdır, lakin texniki səhvlik nəticəsində **********0570 Sorğu Nömrəli bəyannamədə müqavilə nömrəsi yuxarıda qeyd olunan müqavilə nömrələrinin əvəzinə ********* müqavilə nömrəsi qeyd edilmişdir. Bu səbəbdən də avadanlığın alınması üçün "xxxx" ASC-də olan hesablaşma hesabından qarşı tərəfin hesablaşma hesabına köçürülən pul vəsaitlərinin konsiqnasiya qaydalarına uyğun olaraq üzləşdirilərək bağlanması mümkün olmamışdır. Bəyannamədə düzəliş olunması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edilmişdir. MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 26 may 2021-ci il tarixində "xxxx" ASC vasitəsilə 14000.00 Avro məbləğində pul vəsaiti xx.xx.2021 ci il tarixli ********* nömrəli və xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilələrə əsasən Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********0570 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 14000.00 Avro məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, texniki səhvlik nəticəsində **********0570 sorğu nömrəli bəyannamədə müqavilə nömrəsi ********* kimi qeyd edilmiş, bu səbəbdən də avadanlığın alınması üçün "xxxx" ASC-də olan hesablaşma hesabından qarşı tərəfin hesablaşma hesabına köçürülən pul vəsaitlərinin konsiqnasiya qaydalarına uyğun olaraq üzləşdirilərək bağlanması mümkün olmamış, bəyannamədə düzəliş olunması üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edilmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 14000.00 Avro məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. **********0570 saylı gömrük bəyannaməsindən göründüyü kimi 14000.00 Avro hesabına mal 2 il tamam olmadan xx.xx.2021-ci il tarixdə ölkəyə idxal edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC 14000.00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 26 may 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan mallar 02 il tamam olmadan ölkəyə idxal olunmuşdur. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2405/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2405/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver