Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-241/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və YPX inspektoru polis kiçik serjantı X6, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli protokolu üzrə İnzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə tərtib edilmiş Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli protokolu üzrə İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis kiçik serjantı X6 xx.xx.2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Babək prospektində hərəkətdə olarkən, qanunun heç bir tələbini pozmamağına baxmayaraq onu əsassız yerə saxladı. Ülvi Quliyev və yanında olan digər polis əməkdaşı ona yaxınlaşaraq avtomobilinin ön şüşəsinin qanunun tələbinə cavab vermədiyini bildirdi. Ona bildirdi ki, həmin şüşə tünd rənglidir və bu formada avtomobili idarə edə bilməz. Avtomobilin ön şüşəsini təxminən 2 ilə yaxındır ki, taxdırmışdır. Səbəb isə ondan ibarətdir ki, avtomobilin bundan əvvəlki ön şüşəsinə xırda daş dəydiyinə görə qırılmışdı. Bu müddətdə dəfələrlə inzibati xətalar törətmişdir ancaq heç bir yol polisi əməkdaşı ona buna görə irad tutmamışdır. Hətta onun sürücülük vəsiqəsi 20 bal həddini aşdığına görə sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu halda belə ona heç bir irad tutulmamışdı. Buna görə bildirir ki, Ülvi Quliyevin tələbi tamamilə əsassızdır. Həmçinin onun sürücülük hüququ xx.xx.2023-cü il tarixdə 6 ay müddətinə yəni, xx.xx.2023-cü il tarixə qədər məhdudlaşdırılmışdır. Həmin müddət bitməsinə baxmayaraq sürücülük vəsiqəsi ona təqdim olunmamışdır. Qanunun tələb etdiyi müddət bitdikdən sonra o avtomobilini idarə etmişdir. X7 bildirdi ki, həmin müddət bitdikdən sonra guya o, DYP-nə yaxınlaşıb təmizlik kağızı almalıdır. O Ülvi Quliyevə bildirmişdir ki, bu hansı qanunun tələbidir mənə zəhmət olmasa bildirsin. Ancaq ona heç bir cavab verməmişdir. Əgər qərardan narazıdırsa, aidiyyəti orqanlara şikayət etməyini məsləhət bildirmişdir. Bu tələb qanunsuzdur. Əgər bununla bağlı hər hansı bir normativ akt mövcuddursa məhkəmə prosesi zamanı ona sübut etməsini xahiş etmişdir. Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis kiçik serjantı X6 tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayəti əsassız hesab edərək bildirdi ki, 30 noyabr 2023-cü il tarixdə İXP ******* nömrəli protokola əsasən X5 30 noyabr 2023-cü il tarixdə saat 13:46-da “MERCEDES BENZ E250 BLUETEC” minik markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 270 manat məbləğində cərimə olunmuşdur. X3 avtomobilinin ön şüşəsi qanunun tələbinə cavab vermədiyi üçün, yəni avtomobilinin ön şüşəsi tünd rəngli olduğu üçün saxlanılmışdır. Həmçinin elektron portdaldan görünür ki, 12 aprel 2023-cü il tarixdə X1 hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır, lakin Pərviz Musayev sürücülük vəsiqəsini təqdim etməmişdir. Bununla da müəyyən olunmuşdur ki, X5 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Odur ki, X3 şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs BBPİ-nin DYPİnə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol patrul xidməti inspektporu X6 izahat verərək bildirdi ki, 12 aprel 2023-cü il tarixdə X1 hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır, lakin elektron sistemdən aydın olmuşdur ki, Pərviz Musayev sürücülük vəsiqəsini təqdim etməmişdir. Bu səbəbdən sürücülük hüququnun məhdudlaşdırılmasının axımı dayandırılmışdır. 30 noyabr 2023-cü il tarixdə isə X5 avtomobilinin ön şüşəsi qanunun tələbinə cavab vermədiyi üçün saxlanılmış və barəsində İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokola əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 270 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X5 30 noyabr 2023-cü il tarixdə saat 13:46-da “MERCEDES BENZ E250 BLUETEC” minik markalı **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan “Asanpay” ödəniş portalı vasitəsindən çıxarılmış çıxarışdan görünür ki, 30 noyabr 2023-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qərarı ilə X4 270 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan elektron portaldan çıxarışdan görünür ki, 12 aprel 2023-cü il tarixdə X1 hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır, lakin sürücülük vəsiqəsini təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.3-cü maddəsinə əsasən, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmiş və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, 12 aprel 2023-cü il tarixdə X1 hüququ məhdudlaşdırılmışdır, lakin X2 vəsiqəsini təqdim etməmişdir. Bu səbəbdən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayandırılmışdır. “Yol-patrul xidməti haqqında Təlimat”ın 9.6-cı bəndində qeyd olunmuşdur ki, sürücülük hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildiyi gündən 3 iş günü müddətində hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini müvafiq DYP orqanına təqdim etməlidir. Sürücülük hüququnun məhdudlaşdırılması müddətinin hesablanması üçün DYP orqanı tərəfindən BDYPİ-nin mərkəzi informasiya sistemində qərar qəbul edildiyi gün müvafiq qeyd aparılmalıdır. Sürücülük vəsiqəsi itirildiyi hallarda isə hüququ məhdudlaşdırılmış şəxs 3 iş günü müddətində bu barədə ərizə verməlidir. Həmçinin “Yol-patrul xidməti haqqında Təlimat”ın 9.7-ci bəndindən görünür ki, sürücülük hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təqdim etmədikdə hüququn məhdudlaşdırılması müddətinin axımı dayandırılır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Bununla da müəyyən olunmuşdur ki, X5 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etmişdir. Odur ki, X5 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli protokolu üzrə İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında İXP ******* nömrəli, 30 noyabr 2023-cü il tarixli protokolu üzrə İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-241/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-241/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver