Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2416/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlu, X1 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli MN seriyalı ******* saylı qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli MN seriyalı ******* saylı qərarda 02.03.2021-ci il tarixdə saat 19:15-də ünvan 1 ünvanında yerləşən çay evində qida qəbul zalında oturacaqların ara məsafəsinin eyni masa arasında 1m, masalararası məsafə 2m-dən az olması faktı aşkar edilmiş və X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi göstərilərək 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli MN seriyalı ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qəbul edilmiş 17.03.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2416/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2416/2021
21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver