Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2417/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi "xxxx" Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC 67997.28 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 35004.28 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti isə xaricdən geri qaytarılmamışdır. Bununla bağlı 12 may 2023-cü il tarixli EP seriyalı ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi "xxxx" Vəkil Bürosunun vəkili Nümayəndə izahatında göstərmişdir ki, MMC 67997.28 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti 22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Köçürmə İHR**********471 və İHR**********579 saylı invoyslar üzrə aparılmışdır. "xxxx" QSC tərəfindən 35004.28 ABŞ dolları məbləği bəyan olunmayan məbləğ kimi qəbul edilmişdir. Lakin 67997.28 ABŞ dolları məbləğli avans ödənişi **********8809 və **********4230 saylı gömrük bəyannamələri ilə tam bağlanmışdır. Buna görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan köçürmə ərizəsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən 22 aprel 2021-ci il tarixində "xxxx" QSC vasitəsilə 67997.28 ABŞ dolları məbləğində pul vəsaiti İHR**********471 və İHR**********579 saylı invoyslar üzrə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan "xxxx" QSC-nin əməliyyat təfərrüatından görünür ki, 1 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında İHR**********471 və İHR**********579 saylı invoyslar üzrə 67997.28 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İHR**********471 saylı invoysdan görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 33834.28 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmiş və xx.xx.2021-ci il tarixdə "xxxx" QSC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İHR**********579 saylı invoysdan görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 34163.00 ABŞ dolları məbləğində mal ölkəyə idxal edilmiş və xx.xx.2021-ci il tarixdə "xxxx" QSC tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş **********8809 və **********4230 saylı gömrük bəyannamələrinin surətindən görünür ki, Şəxs MMC tərəfindən köçürülmüş 67997.28 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış mallar xx.xx.2020-ci il və xx.xx.2020ci il tarixlərdə ölkəyə idxal olunmuşdur. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 1 saylı xx.xx.2020-ci il tarixli müqavilə əsasında İHR**********471 və İHR**********579 saylı invoyslar üzrə 67997.28 ABŞ dolları məbləğində pul vəsaiti xaricə köçürülmüşdür. Həmin məbləğdən 32993 ABŞ dolları çıxdıqda 35004.28 ABŞ dolları, yəni bəyan olunmayan məbləğ kimi qəbul edilmiş pul vəsaiti qalır. Həmin məbləğlə iş materiallarında olan invoysda və gömrük bəyannaməsində göstərilmiş məbləğ üstüstə düşür. Göründüyü kimi 35004.28 ABŞ dolları hesabına mal ölkəyə idxal edilmiş və gömrük bəyannaməsi ilə bağlanmışdır. Buna görə də "xxxx" QSC tərəfindən 35004.28 ABŞ dolları məbləğində pul vəsaitinin bəyan olunmayan məbləğ kimi qəbul edilməsi əsaslı və qanuni deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC 35004.28 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 22 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş və həmin vəsait hesabına alınan mallar 02 il tamam olmadan ölkəyə idxal olunmuşdur. Buna görə də hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İnzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-2417/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2417/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver