Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2419/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Xətai rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən MN ******* nömrəli, 06 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC-dən 48624.50 manat məbləğində əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49449.50 (qırx doqquz min dörd yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və borclu "xxxx" MMC-yə icra sənədini könüllü icra etməsi barədə bildiriş və xəbərdarlıq məktubları göndərilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixli qərarı ilə borclu "xxxx" MMC-nin (VÖEN: **********) banklarda və diger kredit təşkilatlarında olan manatla və xarici valyuta ilə pul vəsaitləri ve başqa sərvətləri üzərinə 49449.50 manat ve həmin məbləğin 7% icra ödənişi olan 3461.46 manat həcmində həbs qoyulması qərara alınmışdır. Daha sonra yanvar ayında borclunun nümayəndəsi Rüfət adlı şəxs icra şöbəsinə gələrək hüquqi şəxs olan "xxxx" MMC hazırda fəaliyyət göstərmədiyini və fəaliyyətini dayandırdığını bildirmişdir. Bununla da borclu icra sənədi üzrə tələbi üzürlü səbəb göstərmədən icra etməyərək, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 378/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən cavabdeh "xxxx" MMC-dən 48624.50 manat məbləğində əsas borc, 420 manat hüquqi yardıma görə xərc, ödənilmiş 405 manat dövlət rüsumu, ümumilikdə 49449.50 (qırx doqquz min dörd yüz qırx doqquz manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Daha sonra həmin qərardad verilmiş şikayət Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, verilmiş kassasiya şikayəti isə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-378/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən müəyyən məcburi icra tədbirləri görülsədə, bu günə kimi bərclu tərəfindən icra sənədi icra olunmamışdır. Nəticədə hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin MMC indi çevrilmə yolu ilə adını dəyişərək eyvi VÖİN ilə Şəxs adı altında fəaliyyət göstərir Odur ki, MMC barəsində inzibati qaydada tədbir görülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, "xxxx" MMC məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göstərilənlərə əsasən, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 mart 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə nizamnamə kapitalını ödəməmişdir. Bu səbəbdən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Elektron sənəd dövriyyəsi sistemindən çıxarışdan görünür ki, ********** nömrəli VÖEN ilə hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeydiyyatında olan kommersiya qurumunun adı Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətdir. Hazırki inzibati xəta haqqında materialdan görünür ki, "xxxx" MMC İXM-in barəsində tərtib edilmişdir. Şəxs "xxxx" MMC-nin hüquqi varisi olub-olması barədə məsələyə aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddəsinirəhbərtutaraq, qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Xətai rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2419/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2419/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver