Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2424/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan X1 nümayəndəsi Kamran Dadaşsoyun iştirakları ilə, X2 Azərbaycan X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, SMS RadaF elektron məlumat' vasiətəsilə mehƏ məlumat verilmişdir ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346- 1.1-cimaddəsi ilə barəmdə AYN 04048S3 saylı, xx.xx.2024-cü il tarixli İraabafi tənbeh tədbiri barədə qərarlarından tərtibolunub. Qeyd edim ki, qeyd olunan qərar qanunsuz və əsassızdır. Belə ki, qərar tərtib olunarkən AR İXM-nin müddəaları nəzərə alınmamışdır. Mən həmin gün avtomobilimi Firuz Qənbərov küçəsində salamış və həmin ərazidə parklanma qəbzi verən parkomat axtarmışdır. Parkomat olmadığı üçün şəxsi işimin həli edilməsi məqsədilə ərazidən uzaqlaşmışam. Təxminən 1 saat sonra yaxınlaşaraq avtomobilimin parklandığı ərazidə parkomat axtarmış və parkomat olmadığı üçün Onu İdarə edərək oradan uzaqlaşmışam. AYNA tərəfindən sadəcə elektron qərara əlavə olaraq maşınımın şəkili əlavə edilmiş və parklanma müddətinin ölçülməsi ilə bağlı hər hansı sübut əlavə edilməmişdir. Hesab edirəm ki, İnzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilməməklə qəbul edilmişdir. Belə ki, X3 Bakı Şəhər İcra Hakimiyyəti başçısım "Bakı Nəqliyyat Agentliyi* publik hüquqi şəxsin ona qoşulması formasındş yenidən təşkil edilsə də, hu sahədə norativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağli verilmiş tapşırıq çərçivəsində inzibati xətalar haqqında İşlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında müvafiq dəyişikliklər edilməmiş, inzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi üzrə qərar qəbul etmək səlahiyyətinin X1 vəzifəli şəxslərinə aid edilib-edilməməsi məsələsi öz həllini tapmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli nömrəli qərar ləğv olunmalıdır. Məhkəmə iclasında İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan X1 nümayəndəsi Kamran Dadaşsoy şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçi şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında “Mercedes Benz 320” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 9 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 38.6-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir.. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan X1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini barədə X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə X2 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2424/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2424/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver