Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2433/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, İmişli rayon DYPŞ-nin TP ******* nömrəli, 01 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon X5 Yol Polis Bölməsinin 01 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və 21 iyun 2022-ci il tarixli protocol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və ya inzibati xəta haqqında işin baxılması üçün hadisənin baş verdiyi ərazi aidiyyatı üzrə Nizami rayon DYPŞ-yə göndərilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, İmişli rayon X5 X6 xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarı İXM-nin 342.7 və 342.2.4-cü maddələri ilə təqsirli bilinib 150 manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən maddi və prossesual hüquq normaları pozulmuş, qərar əsaslandırılmamış, yalnız ona istinad edilmişdir ki, İXM-nin 342.7 və 342.2.4-cü maddəsində göstərilən xətanı törətmişdir. Hesab edir ki, qeyd edilən əsaslarla qərar əsassız olduğu üçün ləğv edilməli, xx.xx.2022-ci il tarixli protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, onun tərəfindən İXM-ııin 342.7 və 342.2.4-cü maddəsində göstərilən xəta törədilməmiş, qanun pozuntusunu yol verilməmişdir. O, idarə etdiyi “Mercedesc- 270” markalı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş yerdə saxlayıb, qayıtdıqda barəsində qanunsuz protokol tərtib edildiyini bilmişdir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsini rəhbər tutaraq Nizami rayon X9 Şöbəsinə müraciət edib, protokol əsasında qərar qəbul edildiyi halda həmin qərarı və inzibati xətanın törədildilməsi ilə əlaqədar çəkilmiş fotoşəklin ona təqdim edilməsini xahiş etmişdir. Müraciətinə cavab verilməmiş, daha sonra ona məlum olmuşdu ki, protokola əsasən qərarı İmişli rayon DYPB tərəfindəıı çıxarılmışdır. Halbuki o, belə bir vəsatət verməmiş ki, işə qeydiyyat ünvan üzrə baxılsın, bu halda işə xətanın baş verdiyi yerdə baxılmalı idi. Belə ki, İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Digər tərəfdən isə İmişli rayon DYPB qərarda işə hansı orqanın baxdığını yazmamış, yalnız İmişli rayon X4 Əzim yazmaqla kifayətlənmişdir. Qeyd edilənlərə əsasən İmişli Rayon X5 Yol Polis Bölməsinin 01 iyul 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və 21 iyun 2022-ci il tarixli protocol əsasında başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və ya inzibati xəta haqqında işin baxılması üçün hadisənin baş verdiyi ərazi aidiyyatı üzrə Nizami rayon DYPŞ-yə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 izahat verərək bildirdi ki, “Mercedes E 270” minik markalı, **-HD-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. 21 iyun 2022-ci il tarixdə o, avtomaşı satmaq məqsədi ilə foto şəkillərini çəkmək üçün nəqliyyat vasitəsinin qabaq qeydiyyat nişanlarını açmış və örtüklərdən istifadə etmişdir. Lakin, o, həmin vaxt nəqliyyat vasitəsindən istifadə etməmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş İmişli Rayon Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə İmişli Rayon Dövlət X8 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İmişli Rayon Dövlət X8 TP ******* nömrəli, 01 iyul 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, İmişli rayon DYPŞ-nin TP ******* nömrəli, 01 iyul 2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli rayon DYPŞ-nin TP ******* nömrəli, 01 iyul 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2433/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2433/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver