Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2438/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 29, mənzil 36-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 15 iyul 2022-ci il tarixli protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında X4 təhqir etmiş və mübahisə etmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanının qarşısında X4 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanının qarşısında dostu X7 ilə dayanmışlar, sonra saat təxminən 21:00 radələrində Emil Rufullayevə yaxınlaşmışlar və aralarında mübahisə yaranmışdır. Hadisə zamanı sonuncu onun ailəsini təhqir etdiyi üçün o da öz növbəsində qışqıraraq Rufullayev Emili söymüş və ona yumruqla zərbə endirmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, X1 ilə 20 ildən çoxdur tanışdır, əvvəl onunla qonşuluqda yaşayırdı, hal-hazırda isə öz valideynləri ilə birlikdə Hövsan qəsəbəsində yaşayır, lakin iş yeri Diananın yaşadığı ünvana yaxın yerləşir. Diana ilə 2 ildir ki, qeyri-rəsmi münasibətdədir, lakin onun evinə getməmiş və birlikdə yaşamamışlar. Lakin 2 aydır ki, onun ünvanına gələndə məhlədə Diana ilə qonşuluqda yaşayan iki nəfər şəxsən tanımadığı, lakin üzdən tanıdığı gənc oğlanların mütəmadi olaraq onun qarşısını kəsib Diananın yanına gəlməyinin üstündə onunla mübahisə edərək bir daha bura gəlməməsini, başqa yerdə onunla görüşməsini ondan tələb etmişlər, o, isə onlara baş qoşmamış, lakin gəlişi ilə kimsəyə narahatçılıq yaratmadığı üçün Dinanın ünvanına gəlməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində o, Diananın ünvanına gələrkən blokun qarşısında, həyətdə dayanıb Diananı gözləyərkən onu görən iki nəfər həmin gənc oğlanlar ona yaxınlaşıb mübahisə etməyə başlamışlar, onlardan biri onun arxa tərəfinə keçmiş və arxadan onu vurub yerə yıxmışdır, yerdən qalxmaq istəyəndə hər ikisi onu yerdə təpikləməyə başlamışlar, hadisə Diananın binasının qarşısında həyətdə baş vermişdir. Diana qəflətən pəncərədən bu hadisəni görəndə evdən çıxıb aşağı düşmüş və yaxınlaşaraq qışqırmağa başlamışdır, bunu görən iki nəfər onu döyən oğlanlar qaçıb getmişlər. Diana yaxınlaşıb onu yerdən qaldırmışdır, daha sonra 102 xidmətinə zəng etmiş və polis gəlmişdir. Beləliklə o, hazırda Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək, barəsində inzibai xəta haqqında iş üzrə icraat aparılan şəxsə ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 bildirmişdir ki, 07 iyul 2022-ci ildə evdə istirahət edərkən küçədən qışqırıq səslərinin gəldiyini eşitmiş, bu zaman pəncərədən baxmış və görmüşdür ki, onun qonşuları Şəxs və X7 həyətdə qışqıraraq onunla qeyri-rəsmi ər-arvad münsibətlərində olan X4 nalayiq ifadələrlə təhgir edirlər, bundan əlavə Şəxs həm də X4 yumruq və ayaq zərbələri ilə döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 157 və 510-cu maddələri nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2022-ci il tarixli protokollar tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında X4 təhqir etmiş və mübahisə etmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanının qarşısında X4 döymüş, bu səbədən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Xətai RPİ-nin 36-cı Polis Bölməsinə göndərilmişdir. 14 iyul 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatalar ilə və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu 14 iyul 2022-ci il tarixdən saat 20:00dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 iyul 2022-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2438/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2438/2022
15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver