Məhkəmə qərarları › İş №3(011)-2440/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2440/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2440/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Cəlilabad rayonu, Cəlilabad şəhəri, Ə.Cavad küçəsi, ev 39-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 15 iyul 2022-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində Xətai rayonu, X.Məmmədov küçəsi, ev 29 ünvanında X4 mübahisə etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixində Xətai rayonu, X.Məmmədov küçəsi, ev 29 ünvanının qarşısında dostu Asif Hüseynov ilə dayanmışlar, sonra saat təxminən 21:00 radələrində Emil Rufullayev binalarının qarşısına gəlmiş və aralarında mübahisə yaranmışdır. Hadisə zamanı onu vurmamış və heç bir fiziki təsir göstərməmişdir. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış X8 bildirmişdir ki, X1 ilə 20 ildən çoxdur tanışdır, əvvəl onunla qonşuluqda yaşayırdı, hal-hazırda isə öz valideynləri ilə birlikdə Hövsan qəsəbəsində yaşayır, lakin iş yeri Diananın yaşadığı ünvana yaxın yerləşir. Diana ilə 2 ildir ki, qeyri-rəsmi münasibətdədir, lakin onun evinə getməmiş və birlikdə yaşamamışlar. Lakin 2 aydır ki, onun ünvanına gələndə məhlədə Diana ilə qonşuluqda yaşayan iki nəfər şəxsən tanımadığı, lakin üzdən tanıdığı gənc oğlanların mütəmadi olaraq onun qarşısını kəsib Diananın yanına gəlməyinin üstündə onunla mübahisə edərək bir-daha bura gəlməməsini, başqa yerdə onunla görüşməsini ondan tələb etmişlər, o, isə onlara baş qoşmamış, lakin gəlişi ilə kimsəyə narahatçılıq yaratmadığı üçün Dinanın ünvanına gəlməyə davam etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində o, Diananın ünvanına gələrkən blokun qarşısında, həyətdə dayanıb Diananı gözləyərkən onu görən iki nəfər həmin gənc oğlanlar ona yaxınlaşıb mübahisə etməyə başlamışlar, daha sonra hər iki şəxs qışqıraraq ona nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 bildirmişdir ki, 07 iyul 2022-ci ildə evdə istirahət edərkən küçədən qışqırıq səslərinin gəldiyini eşitmiş, bu zaman pəncərədən baxmış və görmüşdür ki, onun qonşuları X7 və Şəxs həyətdə qışqıraraq onunla qeyri-rəsmi ər-arvad münsibətlərində olan X5 nalayiq ifadələrlə təhgir edirlər. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X9 protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2022-ci il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib olunmuş 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixində Xətai rayonu, X.Məmmədov küçəsi, ev 29 ünvanında X4 mübahisə etmiş, bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd olunmuş və onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Xətai RPİ-nin 36-cı Polis Bölməsinə göndərilmişdir. 14 iyul 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmş şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatalar ilə və iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri həbs tətbiq olunmalı, həbs etmənin əvvəli tutulduğu 14 iyul 2022-ci il tarixdən saat 20:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 iyul 2022-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar