Məhkəmə qərarları › İş №3(011)-2443/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2443/2020

13.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2443/2020 13.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X2 iştirakı ilə X2 barəsində Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək barəsində Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Hövsan qəsəbəsindən Zığ istiqamətində hərəkətdə olarkən sərbəst hərəkət zamanı ona yol polisi heç bir səbəb olmadan saxlama göstərişi vermişdir və o hesab etmişdir ki, yol polisi ona yox, arxasınca gələn avtomobilə saxla göstərişi vermişdir və bu səbəbdən hərəkəti davam etmişdir. Yol polisi arxasıyca gələrək ona saxla əmri verdi, o, avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Yol polisindən onu nə əsasında saxladığını soruşduqda, onlar ona gah telefonla danışdığını, gah da remen taxmadığını yalandan ona şər ataraq bildirdilər və sonra onunla kobud rəftar edərək hətta yaxınlıqdan keçən post patrul xidmətini də çağırdılar. O, onlara məhkəməyə verəcəyini bildirməyinə baxmayaraq, ona saxla əmrinə tabe olmadığını bildirərək əsassız şəkildə protokol tərtib etdilər. Protokolun əsassız şəkildə yazıldığına görə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 80 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. X1 şikayətində göstərdiyi xüsusat, yəni polis əməkdaşının arxasınca gələn avtomobilə saxla göstərişi verməsini hesab etməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 Suraxanı Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar