Məhkəmə qərarları › İş №3(011)-2443/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2443/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2443/2024 27.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, zərərçəkmiş şəxslər X7, X8, X2 və X4 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 00:05 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsində “Chevrolet Cobalt LTZ minik” markalı, **-YN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “DAEWOO GENTRA minik” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X14, X15, X9 və X12 bədən xəsarətləri almışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında bildirmişdir ki, “Chevrolet Cobalt” markalı taksi avtomobilində ön oturacaqda o, arxa oturacaqda gəlini Ülviyyə Musayeva, nəvələri Zeynəb Musayeva və Ruqəyyə Musayeva olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayoını, 8 Noyabr prospektinə çatan zaman “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü avtomobil ilə qayda pozduğu üçün toqquşma olmuş, nəticədə isə o və nəvəsi yüngül xəsarət almışlar. Sonra isə onları təcili tibbi yardım ilə Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Odur ki o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, hadisə baş verəndən sonra sonuncunun ümumiyyətlə onunla əlaqə saxlamadığını və vəziyyəti ilə maraqlanmadığını, ondan şikayətçi olduğunu qeyd edərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirmişdir ki, “Chevrolet Cobalt” markalı taksi avtomobilində ön oturacaqda qaynanası Elmira xanım, arxa oturacaqda o, qızları Zeynəb Musayeva və Ruqəyyə Musayeva olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinə çatan zaman “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü avtomobil ilə qayda pozduğu üçün toqquşma olmuş, nəticədə isə o, yüngül xəsarət almış, ancaq həmin zaman isti isti olduğu üçün əhəmiyyət verməmiş, həmçinin qaynanası və qızı çox narahat olduqları üçün onlara başı qarışmış, sonradan isə evə gələndə ağrıları çoxalmışdır. Odur ki o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, hadisə baş verəndən sonra sonuncunun ümumiyyətlə onunla əlaqə saxlamadığını və vəziyyəti ilə maraqlanmadığını, ondan şikayətçi olduğunu qeyd edərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X15 izahatında bildirmişdir ki, “Chevrolet Cobalt” markalı taksi avtomobilində ön oturacaqda nənəsi Elmira Musayeva, arxa oturacaqda o, anası Ülviyyə Musayeva və bacısı Ruqəyyə Musayeva olaraq xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinə çatan zaman “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü avtomobil ilə qayda pozduğu üçün toqquşma olmuş, nəticədə isə o və nənəsi yüngül xəsarət almışlar. Sonra isə onları təcili tibbi yardım ilə Neyrocərrahiyyə xəstəxanasına aparmışlar. Odur ki o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, hadisə baş verəndən sonra sonuncunun ümumiyyətlə onunla əlaqə saxlamadığını və vəziyyəti ilə maraqlanmadığını, ondan şikayətçi olduğunu qeyd edərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahatında bildirmişdir ki, “Chevrolet Cobalt” markalı taksi avtomobilində ön oturacaqda nənəsi Elmira Musayeva, arxa oturacaqda o, anası Ülviyyə Musayeva və bacısı Zeynəb Musayeva olaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinə çatan zaman “Chevrolet Cobalt” markalı avtomobilin sürücüsü avtomobil ilə qayda pozduğu üçün toqquşma olmuş, nəticədə isə o, yüngül xəsarət almış, ancaq həmin zaman isti isti olduğu üçün əhəmiyyət verməmiş, həmçinin nənəsi və bacısı çox narahat olduqları üçün onlara başları qarışmışdır. Odur ki o, məhkəməyə ərizə təqdim edərək inzibati xətanı törətmiş şəxs Şəxs ilə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, hadisə baş verəndən sonra sonuncunun ümumiyyətlə onunla əlaqə saxlamadığını və vəziyyəti ilə maraqlanmadığını, ondan şikayətçi olduğunu qeyd edərək barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş orqana lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında Şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xətai RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/22965 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman X1 olmadığı müəyyən edilmişdir; sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/22973 saylı tibbi müayinə haqqında aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olmadığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 469 nömrəli, 01 may 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, X10 başın alın-təpə nahiyəsinin dərialtı hematoması, sağ diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərkküt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 470 nömrəli, 01 may 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, X11 başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması, sağ bazu oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 475 nömrəli, 01 may 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, X5 hər iki diz oynaqları nahiyələrinin yumşaq toxumalarının şişkinlik halında əzilmələri, dərialtı hematoması, hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 476 nömrəli, 01 may 2024-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, X3 başın sol təpə nahiyəsinin dərialtı hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə YNH zamanı törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər; zərərçəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, hadisə baş verəndən sonra sonuncu ümumiyyətlə onunla əlaqə saxlamamış və vəziyyəti ilə maraqlanmamışdır, ondan şikayətçidir və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir; zərərçəkmiş şəxs X8 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, hadisə baş verəndən sonra sonuncu ümumiyyətlə onunla əlaqə saxlamamış və vəziyyəti ilə maraqlanmamışdır, ondan şikayətçidir və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir; zərərçəkmiş şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, hadisə baş verəndən sonra sonuncu ümumiyyətlə onunla əlaqə saxlamamış və vəziyyəti ilə maraqlanmamışdır, ondan şikayətçidir və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir; zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Şəxs ilə barışmamışdır, ona dəymiş ziyan ödənilməmişdir, hadisə baş verəndən sonra sonuncu ümumiyyətlə onunla əlaqə saxlamamış və vəziyyəti ilə maraqlanmamışdır, ondan şikayətçidir və barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə iş materiallarında olan ekspert rəylərini, zərərçəkmiş şəxslər X7, X8, X4 və X2 izahatlarını, Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Vlazim Musayevin xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sübutlarla və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar