Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2458/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi X1, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Rerpublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş, inzibati xəta törədilməsinə görə barəsində qərar və protokol tərtib edilmişdir. Bildirir ki, protokolda qeyd edilən “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2008-ci il tarixdən, xx.xx.2018-ci ilədək qüvvədə olan Baş etibarnamə əsasında X4 adına rəsmiləşdirərək faktiki alqı-satqı etmişdir. Sözügedən minik avtomobilinin onun adından çıxararaq Aslan Novruzovun adında rəsmiləşdirilməsi barədə razılaşsalar da, Aslan Novruzov avtomobili öz adına rəsmiləşdirməmiş, əksinə etibarnamənin qüvvədə olmasından istifadə edərək avtomobili onun adından idarə etmiş, hətta avtomobili üçüncü şəxslər tərəfindən idarə edilməsinə də razılıq vermişdir. Hələ bu azmış kimi, X6 ona verilən etibarnamənin müddətinin bitməsinə baxmayaraq “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə davam etmiş və etibarnamə verildiyi tarixdən etibarən müxtəlif vaxtlarda Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini ciddi şəkildə pozaraq inzibati xəta törətmişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Aslan Novruzov və yaxud da digər şəxslər tərəfindən idarə edilməsinə baxmayaraq onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 15:07-də, EQ ******* nömrəli protokol ilə Y.Səfərov küçəsindən H.Əliyev və ya Babək pr. istiqaməti ərazisində, İXM 469.3-cü maddəsi ilə tövsif edilərək barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirir ki, elektron sistem avtomobilin onun idarə etdiyini hesab edərək barəsində əsassız və qanunsuz qərar və protokol tətbiq etmişdir. xx.xx.2019-cu il tarixdə yaranmış anaşılmazlığı aradan qaldırmaq üçün, eləcə də, barəsində qərar və protokol əsasında əsassız və qanunsuz olaraq tərtib edilmiş, cərimələrin ləğv edilməsini AR DİN BDYPİ Polis idarəsinə rəsmi qaydada müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə AR DİN BDYPİ Polis İdaəsinə rəsmi qaydada müraciət edərək idarə edilən “Mercedes Benz E-220” minik markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı avtomobilin X6 eləcədə digər 3-cü şəxslər tərəfindən idarə olunduğunu, bu səbəbdən onun adına tətbiq edilmiş qərarların və protokolların onların adına yönəldilməsini xahiş etmişdir. Lakin AR DİN BDYPİ Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qərardan şikayət barəsində inzibati tənbeh verilməsi haqqında elektron qərar çıxarılmış şəxs tərəfindən həmin qərar ona bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilə bilər. Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarları AR DİN BDYPİ Polis İdarəsindən xx.xx.2024-cü il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş qərar və protokol tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli və protokol üzrə inzibati işin icraatına xitam verilməlidir. Odur ki, İXM 469.3-cü maddəsi ilə barəsində əsassız olaraq tərtib edilmiş qərarın ləğv edilməsi və EQ ******* sayılı protokol üzrə inzibati işin icraatına xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 50 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 09 fevral 2020-ci il tarixdə, saat 15:07-də Y.Səfərov küç., AzəriQaz SC-nin qarşısı – H.Əliyev pros və ya Babək prospekti istiqamətində “MERCEDES 220 minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması nəticəsində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X3 izahatında bildirmişdir ki, həmin tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq polis əməkdaşı tərəfindən barəsində əsassız olaraq elektron qərar tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 09 fevral 2020-ci il tarixli qərarda göstərilən inzibati xətanın X3 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 09 fevral 2020-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 09 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2458/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2458/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver