Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2460/2024 28.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsinin 28 dekabr 2018-ci il tarixli EQ 442670 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polisi İdarəsinin 28 dekabr 2018-ci il tarixli EQ 442670 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar 339.1-1 maddəsi ilə nəzərdə tutulmuş, inzibati xəta törədilməsinə görə barəsində qərar və protokol tərtib edilmişdir. Bildirir ki, protokolda qeyd edilən “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2008-ci il tarixindən, xx.xx.2018-ci ilədək qüvvədə olan Baş etibarnamə əsasında X3 adına rəsmiləşdirərək faktiki alqı-satqı etmişdir. Sözügedən minik avtomobilinin onun adından çıxarılaraq Aslan Novruzovun adına rəsmiləşdirilməsi barədə razılaşsalar da, Aslan Novruzov avtomobili öz adına rəsmiləşdirməmiş, əksinə etibarnamənin onun adına olmasından istifadə edərək avtomobili onun adından idarə etmiş, hətta avtomobili üçüncü şəxslər tərəfindən idarə edilməsinə də razılıq vermişdir. Hələ bu azmış kimi, X4 ona verilən etibarnamənin müddətinin bitməsinə baxmayaraq “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə davam etmiş və etibarnamə verildiyi tarixdən etibarən müxtəlif vaxtlarda Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini ciddi şəkildə pozaraq inzibati xəta törətmişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Aslan Novruzov və yaxud da digər şəxslər tərəfindən idarə edilməsinə baxmayaraq onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixdə saat 11:03-də, EQ 442670 nömrəli protokol ilə Xətai rayonu, Y.Səfərov küçəsindən keçmiş Cavanşir körpüsü istiqaməti ərazisində, İXM 339.1- 1-ci maddəsi ilə tövsif edilərək barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. O bildirir ki, elektron sistem avtomobilin onun idarə etdiyini hesab edərək barəsində əsassız və qanunsuz qərar və protokol tətbiq etmişdir. xx.xx.2019-cu il tarixdə yaranmış anaşılmazlığı aradan qaldırmaq üçün, eləcə də, barəsində qərar və protokol əsasında əsassız və qanunsuz olaraq tərtib edilmiş, cərimələrin ləğv edilməsini AR DİN BDYPİ Polis idarəsinə rəsmi qaydada müraciət etsə də, müraciətinin heç bir nəticəsi olmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə AR DİN BDYPİ Polis İdarəsinə rəsmi qaydada müraciət edərək idarə edilən “Mercedes Benz E-220” minik markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı avtomobilin X4 eləcə də digər 3-cü şəxslər tərəfindən idarə olunduğunu, bu səbəbdən onun adına tətbiq edilmiş qərarların və protokolların onların adına yönəldilməsini xahiş etmişdir. Lakin AR DİN BDYPİ Polis İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasını İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qərardan şikayət barəsində inzibati tənbeh verilmə haqqında elektron qərar çıxarılmış şəxs tərəfindən həmin qərar ona bu məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilə bilər. Barəsində inzibati tənbeh vermə haqqında elektron qərarları AR DİN BDYPİ Polis İdarəsindən xx.xx.2024-cü il tarixində almışdır. Hesab edir ki, barəsində inzibati xətaya görə tətbiq edilmiş qərar və protokol tamamilə əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli və protokol üzrə inzibati işin icraatına xitam verilməlidir. Odur ki, İXM-nin 339.1-1-ci maddəsi ilə barəsində əsassız olaraq edilmiş qərarın ləğv edilməsi və EQ 442670 saylı protokol üzrə inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 28 dekabr 2018-ci il tarixli EQ 442670 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında elektron qərarına əsasən X2 28 dekabr 2018-ci il tarixdə saat 11:03-də «Mercedes 220» minik markalı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə inzibati xətasını törətmişdir. Bununla da, X2 İXMin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X2 barəsində İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xəta barədə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilib edilməməsini məhkəmə iclasında araşdırmaq mümkün olmadı. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, X1 İXM-in 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunmasına dair elektron qərarın qəbul edilməsi zamanı inzibati qanunvericiliyin normalarına düzgün əməl edilib edilmədiyini, yəni təsdiq edilmiş elektron qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilib göndərilməməsini müəyyən etmək üçün iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-in 339.1-1-ci maddəsi ilə cərimə olunmasına dair 28 dekabr 2018-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, X2 barəsində işə yenidən baxılması Baş Dövlət Yol Polisi İdarəsinə tapşırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli EQ 442670 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 dekabr 2018-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-2460/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2460/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver