Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2463/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlu, X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətə (ərizəyə) baxaraq, MÜƏYYƏN ETDİ: X3 xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və EQ ******* saylı protokol üzrə inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1683/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən şikayətçi X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******* nömrəli, xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X1 xx.xx.2019-cu il tarixdə, saat 14:37-də Y.Səfərov küçəsi, AzəriQaz SC-nin qarşısı-28 may və ya Cavanşir körpüsü istiqaməti 3 ünvanında “Mercedes 220 minik” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2463/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2463/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver