Məhkəmə qərarları › İş №3(011)-2485/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2485/2020

19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2485/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxx 2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, inzibati xəta **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı nəqliyyat vasitəsi ilə törədilmiş və bu avtomobilin ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinə müraciət etmiş və müraciət əsasında DİN-nin DYP Web Portalından əldə olunmuş çıxarışı məhkəməyə təqdim etmişdir. Faktiki **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı nəqliyyat vasitəsi onun mülkiyyətində olmadığına və etibarnamə əsasında idarə etmədiyinə görə cərimələrin ona yazılmasının qanunsuz olduğunu, bununla bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət X2 şikayətlər etdiyini, lakin hələ də həmin cərimələr ləğv olunmadığını, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibinin olmadığını qeyd edərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət X1 elektron sistemindən olan çıxarışdan görünür ki, **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı nəqliyyat vasitəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3cü maddəsinin tələbləri pozulsada Nuriyev Mövlud Əşraf oğlunun mülkiyyətində olan **- KZ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı nəqliyyat vasitəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələbləri pozulmuş və Şəxs EQ ******* saylı xx xxxxx 2020-ci il tarixli qərarla 80 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan DİN-nin DYP Web Portalından əldə olunmuş çıxarışdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələblərini Şəxs məxsus olmayan **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı nəqliyyat vasitəsi tərəfindən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-KZ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı nəqliyyat vasitəsi Şəxs məxsusdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, **-KZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” minik markalı nəqliyyat vasitəsi ilə inzibati xətanın törədilməsi aşkar olunmuşdur lakin, məhkəməyə göndərilən çıxarışda **-KZ-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” yük markalı nəqliyyat vasitəsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırararaq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53.0.1, 105.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar