Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-249/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X15 Adil oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X7, X5 və X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-490/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2864/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2702/2020 nömrəli, 18 iyun 2020ci il tarixli, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2035/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-305/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli və Bakı şəhəri 18 saylı Notariat Kontorunun 18 may 2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən 26 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İcra məmuru Elşən Bəşirli məhkəməyə verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-490/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 6000 manat maddi zərər, 1000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2864/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən, dəymiş zərərə görə 1000 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X1 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2702/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14250 manat məbləğində pul vəsaiti X2 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2035/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli icra sənədinə əsasən,dəymiş zərərə görə 7500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X6 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-305/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən, 21550 manat məbləğində pul vəsaiti Şəxs tutularaq Məhərrəmova Tünzalə Vəkil qızına ödənilməlidir. Bundan başqa Bakı şəhəri 18 saylı Notariat Kontorunun 18 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3925 manat və 25 manat ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməlidir. İcra sənədi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və Şəxs icra sənədlərini könüllü icra etməsi barədə bildirişlər göndərilmişdir. Lakin Şəxs icra sənədləri üzrə 64.340 manat borcundan cəmi 2100 manat ödənişlər etmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-490/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 6000 manat maddi zərər, 1000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2864/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən, dəymiş zərərə görə 1000 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X1 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2702/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14250 manat məbləğində pul vəsaiti X2 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2035/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli icra sənədinə əsasən,dəymiş zərərə görə 7500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X6 ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-305/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən, 21550 manat məbləğində pul vəsaiti Şəxs tutularaq Məhərrəmova Tünzalə Vəkil qızına ödənilməlidir. Bundan başqa Bakı şəhəri 18 saylı Notariat Kontorunun 18 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3925 manat və 25 manat ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməlidir. Lakin o, cəzaçəkmə müəssəsində olduğundan ödənişlər edə bilməmişdir. Bundan başqa o, borcundan 2100 manat ödəniş etmiş və qalan borcları hissə-hissə olmaqla ödəməyə hazır olduğunu bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-490/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, Şəxs 6000 manat maddi zərər, 1000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilməlidir. Lakin, Şəxs qərəzli şəkildə icra sənədini icra etməkdən imtina edir və borcun hissə-hissə ödənilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2702/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs 14250 manat məbləğində pul vəsaiti X2 ödənilməlidir. Lakin, Şəxs qərəzli şəkildə icra sənədini icra etməkdən imtina edir və borcun hissə-hissə ödənilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirdi ki, Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2035/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli icra sənədinə əsasən, dəymiş zərərə görə 7500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X6 ödənilməlidir. Lakin, Şəxs qərəzli şəkildə icra sənədini icra etməkdən imtina edir və borcun hissə-hissə ödənilməsinə razı olmadığını bildirmişdir. Bu səbəbdən də həmin şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-490/2021 nömrəli, 28 aprel 2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 6000 manat maddi zərər, 1000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 7000 manat məbləğində pul vəsaiti, habelə dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2864/2020 nömrəli, 21 sentyabr 2020-ci il tarixli icra sənədindən görünür ki, dəymiş zərərə görə 1000 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X1 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2702/2020 nömrəli, 18 iyun 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 14250 manat məbləğində pul vəsaiti X2 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-2035/2020 nömrəli, 09 iyun 2020-ci il tarixli icra sənədindən görünür ki, dəymiş zərərə görə 7500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti Şəxs alınaraq X6 ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Məhkəməsinin 2(011)-305/2019 nömrəli, 29 oktyabr 2019-cu il tarixli icra sənədindən görünür ki, 21550 manat məbləğində pul vəsaiti Şəxs tutularaq Məhərrəmova Tünzalə Vəkil qızına ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Kontorunun 18 may 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 3925 manat və 25 manat ödənilmiş dövlət rüsumu tutularaq X8 ödənilməlidir. İş materialında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin “İcraata başlamaq haqqında” qərarlarından görünür ki, borclu Şəxs 10 (on) gün müddətində könüllü icra sənədlərinin icra olunması üçün vaxt verilmiş və bu barədə bildirişlər göndərilmişdir. İş materialında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədlərinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarında olan portaldan görünür ki, Şəxs 2-ci dərəcəli əlildir və əməkqabiliyyətsizdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ağayev X9 adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətmiş olduğu inzibati xətanın xarakterini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 31-33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rafail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-249/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-249/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver