Məhkəmə qərarları › İş №3(011)-2501/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2501/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2501/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ DYPŞ-in ispektoru, polis kapitanı X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri Xətai rayonu Zığ şossesində X4 məxsus «Toyota Prius» (Hibrid) minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-in ispektoru, polis kapitanı X2 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində Şəxs «Toyota Prius» (Hibrid) minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək avtomobilə maddi zərər vurmuşdur. Hadisənin baş verdiyi vaxt Şəxs sürücülük hüququ olmamış, daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində Şəxs «Toyota Prius» (Hibrid) minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zığ şossesində yerləşən SOCAR YDM-də olarkən məntəqədə dayanmış “Hyundai” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin nəticəsində “Hyundai” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobil “Xazar” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmış və “Xazar” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobilər çırpılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində Şəxs «Toyota Prius» (Hibrid) minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zığ şossesində yerləşən SOCAR YDM-də olarkən məntəqədə dayanmış “Hyundai” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin nəticəsində “Hyundai” markalı, **-KM-*** dövlət nömrə nişanlı avtomobil “Xazar” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmış və “Xazar” markalı, **-GU-*** dövlət nömrə nişanlı avtomobil “Mercedes” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobilə çırpılmış, avtomobillərə maddi zərər dəymişdir. Əməlindən peşmançılıq çəkdiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda aydın olur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 15:15 radələrində Bakı şəhəri Xətai rayonu Zığ şossesində «Toyota Prius» (Hibrid) minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək törətdiyi xəta nəticəsində zərər çəkmiş şəxslərə maddi zərər vurmuş, barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar