Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2503/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, X2 iştirakı ilə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 30 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.03.2D22-Cİ il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğini və tətbiq olunmuş balın silinməsini Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyasını, polis sıravisi X5 birbaşa qərar qəbul etdiyinə görə İXM-nin 596.1 -ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilməsini, polis mayoru X1 olmadığı halda İXM-sinin 114-cü maddəsinin 1.1-ci bəndini tətbiq etdiyi üçün töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsini Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyasınını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Neftçilər prospekti ilə Səfərəliyeva küçələrinin kəsişməsində, Bakı şəhəri DYPİ-nin inspektoru idarə etdiyi **-HJ- *** nömrəli avtomobili saxlayaraq İXM-nin 327.2 maadəsinə görə ona protokol yazmışdır. Onun iddiasına görə guya o, sağdan gələn nəqliyyat vasitəsinə yol verməmişdir. O, isə öz növbəsində heç bir nəqliyyat vasitəsinə mane olmadığına əmin olduqdan sonra X7 1-ci maddəsində göstərildiyi kimi yol verməyin tələblərinə uyğun hərəkəti davam etdirmişdir. Həmin maddənin 41-ci bəndinə görə Yol vermək - sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Qaydalardan da göründüyü kimi sağdan gələn nəqliyyat vasitəsinin qəflətən hərəkət traektoriyası və sürətinin dəyişməsi müşahidə edilmirsə dönməni başa çatdırmaq qayda pozuntusu sayılmır. Qeyd edir ki, həmin avtomobil ilə onun avtomobili arasında kifayət qədər məsafə olduğundan ona maneə yaratmağı mümkün deyildi. YPX inspektoruna iradını bildirməsinə baxmayaraq ona protokol tərtib etmişdir. Protokol yazılarkən ona sübutlar təqdim edilmədi. Növbəti gün xx.xx.2022-ci il tarixində elektron kabinetdə hadisənin videogörüntüsü yerləşdirilmədiyindən elektron qaydada şikayət etdi.dir. Belə ki, görüntü olarsa qayda pozmadığı bilinəcəkdir. Lakin şikayət etməsinə baxmayaraq ondan xəbərsiz protokol elə həmin gün qərarlı olmuşdur. Bununla bağlı ona əvvəlcədən heç bir bildiriş edilməmişdir. Halbu ki, İXM-sinin 144.1-ci maddəsinə əsasən qərardan şikayət verildikdə, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırmalı, işə onun iştrakı ilə baxılmalı, çıxarılan qərar isə əvvəlcə ona İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş sifarişli poçt ilə göndərilməli idi. Hüquqlarının məhkəmə vasitəsi ilə bərpası və 10 gün müddəti ötürməmək üçün növbəti gün xx.xx.2022-ci il tarixində Bakı şəhəri Baş dövlət Yol Polis İdarəsindən qərarı qəbul etmişdir. Qərarı oxuyarkən məlum olmuşdu ki, protokolu tərtib edən X6 inzibati tənbeh haqqında qərarı da həmin gün qəbul etmişdir. Bu isə İXM-nin 596.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Belə ki, həmin maddəyə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir. Burada 124.3cü maddə pozulub. Yəni belə olan halda vəzifəli şəxs yalnız inzibati xəta haqqında protokol tərtib etməlidir. Lakin etiraz etdiyi təqdirdə polis əməkdaşı qərarı protokol ilə eyni gündə çıxarmışdır. Protokol ilə razılaşmadığını sübut edən hal elə protokola imza atmamağı olmuşdur. Belə olan halda polis əməkdaşı imza atmadığına görə protokola səbəbi qeyd etməli idi. İXM-nin 100.4 maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparıfır. Lakin həmin protokolda heç bir qeyd yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini, göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi imzalamasa belə onun səbəbi istənilən halda protokola qeyd edilməli idi. Bu səbəbdən həmin əməkdaşın 124.3-cü maddəsinin tələblərini pozduğuna görə İXM-nin 596.1-ci maddəsinə əsasən cərimə də edilməlidir. Təqsirsiz olduğu halda cərimələndiyi üçün qərardan xx.xx.2022-ci ildə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X15 sədrliyi ilə keçirilən iclasda qarşı tərəf məhkəmə zalına gəlmədi, və bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixli TP ******* saylı tənbeh vermə haqda qərarını ləğv edərək işə yenidən baxılması üçün Bakı şəhəri DYP idarəsinə göndərilməsini qərara aldı. İddiamın qismən təmin edilməsi onu qane etməsə də məhkəmə qərarından apelyasiya şikayətini verməmişdir. Üzərindən 3 ay keçdikdən sonra asanpay elektron kabinetində dəbbə pulu ləğv olundu. Lakin onun iştrakı olmadan həmin iş üzrə təkrar əleyhinə xx.xx.2022-ci il tarixli TP ******* saylı tənbeh vermə haqqında yeni qərar qəbul edilmişdir. Yeni qərarı çıxaran polis mayoru X9 da görüntüləri ona təqdim etməmişdir. Maraqlı məqam isə ondan ibarət idi ki, qərarın əsaslandırma bölməsinin 7-ci abzasında inzibati xətanın vizual şəkildə aşkarlanması qeyd olunub. Bu da onlarda hər hansı bir sübutun olmasını istisna edir. Xətanın vizual şəkildə aşkarlanması Yol-patrul xidməti haqqında Təlimatın tələbində ilkin saxlama üçün keçərlidir. Sonra isə protokol və qərar veriləcəksə sübutlar və ya şahid ifadələri ilə əsaslanmalı idi. Təbii ki, sübutlar olmadığından bunların heç biri iş materiallarında öz əksini tapmayıb. Qərardan görünür ki, polis əməkdaşı İXM-sinin 114-cü maddəsinin 1.1-ci bəndini tətbiq edib. Halbu ki, qərarda digər materiallara istinad olunmadığından 1.4-cü bəndi yəni işə xitam verilməli idi. Yəni İXM-sinin 38.6-cı bəndində Bu Məcəllənin 122.1-ci maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan electron kabinetdə yerləşdirilmədikdə inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-sinin 125.2.3-ci maddəsinə görə iso 2 gün ərzində asanpay kabinetimdə foto və video görüntülər əlavə olunmalı idi. Lakin elektron kabinetdə həmin qrafalar boşdur. Qərar isə özlüyündə sübut sayılmır. Belə ki, İXM-sinin 76.1. İnzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Qərarda isə digər materiallara istinad qrafası boşdur. Belə olan halda sübutlarsız inzibati tənbeh haqqında qərar qəbul etmiş polis mayoru X9 töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməlidir. Onu da qeyd edir ki, sonuncu qərar yaşadığı ünvan üzrə poçt məntəqəsinə rəsmi qaydada xx.xx.2022-ci ildə çatmışdır. Həmin məktubu xx.xx.2022-ci il tarixində imza atıb götürmüşdür. Məhkəməyə müraciəti İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğundur və müddəti ötürülməyib. Qeyd edilənlərə əsasən, 09.03.2D22-Cİ il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini, ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğini və tətbiq olunmuş balın silinməsini Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyasını, polis sıravisi X5 birbaşa qərar qəbul etdiyinə görə İXM-nin 596.1 -ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilməsini, polis mayoru X1 olmadığı halda İXM-sinin 114-cü maddəsinin 1.1-ci bəndini tətbiq etdiyi üçün töhmət xarakterli intizam məsuliyyətinə cəlb edilməsini Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin üzərinə qoyasınını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 30 iyun 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 60 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli, 3(011)-1337/2022 saylı qərardan görünür ki, X3 şikayəti qismən təmin edilmiş və Bakı şəhər X17 İdarəsinin xx.xx.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 30 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X8 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 30 iyun 2022-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-2503/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2503/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver