Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2521/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-dən daxil olmuş 25 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 25 iyun 2023-cü il tarixində saat 13:00 radələrində Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 7B ünvanının qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozmuş və bununla da Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında bildirmişdir ki, o, 25 iyun 2023-cü il tarixdə oğlu Raulu görmək üçün keçmiş həyat yoldaşı Könülün yaşadığı ünvana getmiş və oğlunu uzaqdan görmüşdür. Orda olan zaman heç bir qanuna zidd hərəkət etmədiyini bildirmişdir. Barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin sahə inspektoru polis mayoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 510-cu maddəsi ilə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 25 iyun 2023-cü il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında keçmiş həyat yoldaşı Şəxs yüksək səslə onu və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmişdir. Bu kimi hallar dəfələrlə baş vermişdir, Şəxs ona yaşamağa imkan vermir. Şəxs barəsində həbs ilə bağlı olan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 25 iyun 2023-cü il tarixində saat 13:00 radələrində Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 7B ünvanının qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozmuş və bununla da Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan xətanı törətmişdir. Protokoldan görünür ki, Şəxs 25 iyun 2023-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. “AZEMİS” elektron məhkəmə sistemindən görünür ki, Şəxs barəsində xx.xx.2019-cu il təvəllüdlü X5 adlı övladı var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 510-cü maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport və işin halları ilə sübuta yetirilmişdir ki, Şəxs 25 iyun 2023-cü il tarixdə saat 13:00 radələrində Xətai rayonu Neapol küçəsi 7B ünvanının qarşısında Zərərçəkmiş şəxs nalayiq sözlərlə söyüb təhqir etməklə ictimai qaydanı kobud surətdə pozmuş və xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əsədov X3 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli 25 iyun 2023-cü il tarixdə saat 15:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4 (dörd) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 25 iyun 2023-cü il tarixdə saat 15:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-2521/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2521/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver