Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2523/2024 13.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X7 oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Xətai rayon İcra Şöbəsində olan zaman əsəblərini cilovlaya bilməmiş və boşanma ərəfəsində olduğu həyat yoldaşına “Whatsapp” proqramı vasitəsilə səs atmışdır. Lakin o, iddia olunduğu kimi icra məmurlarına qarşı hər hansı bir kobudluq və ya hörmətsizlik etməmişdir. Beləliklə o, inzibati xəta törətmədiyini, barəsində əsassız olaraq protokol tərtib olunduğunu bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X1 övladları xx.xx.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00-dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. Sözügedən icra sənədinin icrasını təmin etmək məqsədilə Şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə zəng edilmiş, lakin o, telefonu açaraq nalayiq ifadələr işlətmiş, həmçinin icra məmurlarına qarşı “onlar haranın gədəsidir ki, mənə zəng edirlər, icra şöbəsinədə ümumiyyətlə gəlməyəcəm” deyə bildirmişdir. Bu səbəblə tərəflərindən müvafiq akt da tərtib edilmişdir. Verilmiş suallara cavab olaraq o bildirmişdir ki, telefon zəngini və səsli yazını Şəxs icra məmurlarına deyil, həyat yoldaşına göndərmişdir. Sırf onlara münasibətdə və onlarla danışıq zamanı heç bir nalayiq ifadə işlədilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X6 şahid T.Yusifli ilə oxşar məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X7 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə barəsində aparılan icra sənədi ilə əlaqədar olaraq İcra Şöbəsinə çağırılarkən nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etdiyindən barəsində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, X1 övladları xx.xx.2013-cü il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə axşamı günü, yəni həftənin dördüncü günü saat 20:00-dək yanında qalmaqla, xx.xx.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin bazar ertəsi günü saat 10:00-dan cümə günü, yəni həftənin beşinci günü saat 20:00-dək yanında qalmaqla, ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir; inzibati qaydada tutma haqqında 12 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:30-da tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə Şəxs tərəfindən yol verilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs hər hansı bir ictimai qaydanı pozması müəyyən edilməmişdir. Şəxs sadəcə olaraq boşanma ərəfəsində olduğu həyat yoldaşına “Whatsapp” proqramı vasitəsilə səs atmış və zəng etmişdir. Məhkəmə qeyd edir ki, onun sırf icra məmurları ilə danışq zamanı hər hansı bir kobudluq etməsi, tabesizlik göstərməsi və ya nalayiq ifadələr işlətməsini təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində izahatlatı alınmış X4 və X6 da bu halı təsdiqləməyərək, Şəxs onlara deyil, öz həyat yoldasına zəng etməsini və səsli mesaj göndərməsini təsdiq etmişlər. Belə olan halda, Şəxs əməli xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-2523/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2523/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver