Məhkəmə qərarları › İş №3(011)-2524/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2524/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2524/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, Şikayətçi şəxs X3 etibarnamə üzrə nümayəndəsi, «Qanunçuluq» Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, AR ƏƏSMN yanında X11 Xidmətinin Bakı şəhəri İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ilə AR İnzibati Xətalar Məcəlləsinin 192.1ci və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanm törətməsinə görə barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Lakin aşağıdakı xüsusatlardan dolayı hesab edir ki, Rüfət Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Sözügedən qərarda AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin əsası kimi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X2 topoqraf vəzifəsində işlərə cəlb edilməyi göstərilmişdir. Məlumat üçün bildirirmişdir ki, X8 ilə aralarında xx.xx.2023-cü il tarxidə əmək müqaviləsi bağlanmışdır. Həmin tarixdən xx.xx.2024-cü il tarixədək Nəriman Rəcəbli "xxxx" MMC-nin topoqraf vəzifəsində işləmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəbli ilə onun istəyi əsasında aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmişdir ki, həmin tarixədək Nəriman Rəcəbli "xxxx" MMC-nin topoqraf vəzifəsində tam ştat işçi kimi işləyirdi. Lakin sonradan yarım ştat işçi kimi işləmək istədiyini bildirmiş və buna görə də onun öz xahişi ilə xx.xx.2024-cü il tarixdə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəbli ilə aralarında "xxxx" MMC-nin topoqraf vəzifəsində yarım ştat işçi kimi əmək müqaviləsi bağlanmışdır. Bildirirmişdir ki, Nəriman Rəcəbli aralarında olan əmək müqaviləsinə xitam veriləndən yeni əmək müqaviləsi bağlanan tarixədək olan müddət ərzində, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Nəriman Rəcəbli tərəfindən heç bir məcburi işə cəlb edilməmişdir. Bildirirmişdir ki, Nəriman Rəcəblinin həmin müddət ərzində işə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında iş materiallarında heç bir sübut yoxdur. Belə ki, həmin müddət ərzində X8 ilə aralarında hər hansı işəgötürən-işçi münasibəti olmamış, tərəfindən ona heç bir əmr verilməmiş, aralarında hər hansı əmək şəraiti, şərtləri və ya əmək funksiyası müəyyən edilməmiş, həmin müddət ərzində onun işə gəlməsi üçün hər hansı iş vaxtı müəyyən edilməmiş, o bu müddət ərzində işə gəlib getməmiş, ümumiyyətlə onunla heç bir əlaqəsi olmamışdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri də inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarət olsa da, lakin DƏMX- nin Bakı şəhəri İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X12 tərəfindən hazırki mövcud vəziyyəti hərtərəfli, tam, obyektiv araşdırmadan qərar qəbul etmişdir. İşəgötürən kimi X8 ilə aralarında hər hansı işəgötürən-işçi münasibətinin olmadığı halda, habelə Nəriman Rəcəbliyə işəgötürən qismində əmrlər verməsi, əməkhaqqı ödəməsi, iş vaxtı, əmək şəraiti, əmək funksiyası müəyyən etməsi sübuta yetirilmədiyi halda barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında qanunsuz və əsassız qərar qəbul edilməsi təqsirsizlik prezumpsiyasının da pozulmasına gətirib çıxarmışdır. Belə ki, heç bir təqsiri olmadığı halda əsassız şəkildə barəsində inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bundan başqa qeyd etmək istəyir ki, X8 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Nəriman Rəcəblinin öz istəyi əsasında xitam verilmişdir. Barəsində xx.xx.2024-cü il tarixli qərarın qəbul edilməsinə əsas kimi göstərilən X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi işin hallarını əks etdirməməklə yanaşı, eyni zamanda bu halın mövcudluğu sübuta yetirilə bilməmişdir. Bununla da Lakin DƏMX-nin Bakı şəhəri İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rüfət Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta hadisəsi, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta törətmiş şəxs sübuta yetirilməyərək İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Şikayətçi şəxs X3 etibarnamə üzrə nümayəndəsi, «Qanunçuluq» Vəkil Bürosunun vəkili X10 izahat verərək bildirmişdir ki, şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 izahat verərək şikayət ərizəsinin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2220/2024 saylı qərarından görünür ki, X8 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin tələblərinin pozulması faktına görə X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 17 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Hesab edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 53.1.7-ci madəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs X9 tərəfindən X8 ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlamadan müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X8 ilə “Şəms-95" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş X8 şikayətində əmək bildirişinin gecikmə ilə imzalanması barədə heç bir nüans qeyd etmədiyi halda X5 Bakı şəhər İdarəsi vəzifəli şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-2220/2024 saylı qərarı ilə Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübut olmadığından iş üzrə icraata xitam verilmişdir. Məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin 30 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar