Məhkəmə qərarları › İş №3(011)-2539/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2539/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2539/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Tələt Abbaslının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx xxxx 2003-cü ildə Tovuz rayonu, Sarıtala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Sarıtala ərazi dairəsi, Sarıtala kəndində qeydiyyatda olan, Abşeron rayonu, Höküməli qəsəbəsi, Koroğlu küçəsi, fərdi yaşayış evində kirayə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Xətai Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X3 rayonu 34-cü polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə işlədiyi ünvan 3 ünvanında yerləşən “Turan Klinikasına” maşının markasını bilmədiyi **- NP-*** dövlət qeydiyyat nişanlı taksi ilə işə gəlmiş və maşından düşən zaman dəyəri 300 manat olan “Samsung Galaxsi A23” markalı mobil telefonunu maşında qaldığını və oğurladığını bildirmişdir. X1 ümumilikdə 300 manat maddi ziyan dəymişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru Tələt Abbaslı tərəfindən 08 aprel 2025-ci il tarixdə, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru Tələt Abbaslı işin hallarını təsdiq edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərəfindən İnzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, o taxsi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə X2 kimi onun avtomobilinə minmiş və “Turan Klinikası”nın qarşısında düşmüşdür. Həmin xanım düşdükdən sonra xanıma aid olan mobil telefonunun maşında qaldığını görmüş və telefonu qaytarmayaraq tanımadığı şəxsə 80 manata satmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10-a işləmiş işlədiyi “Turan Klinikası”na getmə üçün taksi sifariş etmişdir. İşə çatdıqdan sonra taksidən düşərək iş otağına keçmiş, təxminən 20-25 dəqiqə sonra telefonunun olmadığını görüb, sürücüyə zəng edərək telefonun onun avtomobilində qaldığını bildirdikdə sürücü onun avtomobilində qalmadığını bildirmişdir. Bildirdi ki, itən telefon onun rəhmətə gedən oğlunun telefonu idi. O, zəng edəndə telefonun onun üçün mənəvi dəyəri olduğunu, belə ki, rəhmətə gedən oğlunun telefonu olduğunu, içində oğluna aid video və şəkillərin olduğunu bildirmişdir. Hətda telefonu qaytarması üçün pulda təklif etmişdir. Sürücü telefonu onun götürmədiyini, ondan sonra avtomobilə başqa müştəri mindiyini, ola bilsin həmin müştəri götürdüyünü bildirmişdir. Dəfələrlə sms yazıb, zəng edib telefonun qaytarılmasını xahiş etsədə and aman etmişdir ki, telefonu o, götürməyibdir. Şikayətçi olduğunu telefonun onun üçün mənəvi dəyəri olduğunu, içində rəhmətə gedən oğluna aid video və şəkilər oldğunu üçün telefonun qaytarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 34-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Aqşin Abdullayev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi yaranmadığı nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. 07 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 aprel 2025-ci il tarixdə saat 22:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqda törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 (iyirmi beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 07 aprel 2025-ci il tarixdən, saat 22:10-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar