Məhkəmə qərarları › İş №3(011)-2541/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-2541/2020

30.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-2541/2020 30.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, X4 barəsində Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsəsında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X4 barəsində Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsəsında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsəsında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi dair X2 ərizəsi baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyəti təsdiq edən sənədin surətindən görünür ki, X1 rayonu, Çaylı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X3 yaşayış yeri Qazax rayonu ərazisi olduğundan X3 Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsəsında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədəBakı şəhəri Xətai Rayon Məhkəməsinə verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsəsında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar