Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2542/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, hüquqi şəxs Şəxs nümayəndələri X1 və X3, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X4 iştirakları ilə, hüquqi şəxs Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 10 iyun 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Toyota Prius» minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 verməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qərarı ilə Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 3(011)-2542/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi X2 bildirdi ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən hüquqi şəxsin mülkiyyətində olan "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat 21 may 2021-ci il tarixli məktubla göndərilmiş, lakin həmin məktubun göndərilməsini təsdiq edən sənəd olmadığından həmin sənədin məhkəmyə təqdim edilməsi mümkün olmamışdır. Eyni zamanda, 16 aprel 2021-ci il tarixdə törədilmiş başqa inzibati xəta ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 eyni sürücü ilə bağlı məlumat göndərilmiş, həmin məlumat qeydə alınmışdır. Qeyd olunanları nəzərə alara iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs nümayəndəsi X6 da hüquqi şəxsin digər nümayəndəsi ilə eyni məzmunlu ifadə verərək, onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X7 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs əvvəlki sorğuya cavab verməsi digər sorğulara cavab verməməsi anlamına gəlmir. "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MMC-nin mülkiyyətindədir və MMC istənilən zaman həmin nəqliyyat vasitəsini digər şəxslərin istifadəsinə verə bilər. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «Toyota Prius» minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən xahiş olunmuş, sorğu məktubu 21.05.2021-ci il tarixdə hüquqi şəxsin əməkdaşı tərəfindən qəbul edilmiş, bunu, hüquqi şəxsin nümayəndəsi təsdiq etmiş, lakin sorğuya cavab verilməmiş, MMC-nin nümayəndəsinin təqdim etdiyi cavab şöbəyə daxil olmamışdır. Bakı şəhəri Xətai RPİ-nin 26.05.2021-ci il tarixli, 101-16326-1221 nömrəli məktubu "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi «Toyota Prius» minik markalı, ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən xahiş olunmuşdur; SS724281534AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu 21.05.2021-ci il tarixdə Gülşən Quliyeva ad və soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 04.06.2021-ci il tarixli, 101-12450 nömrəli məktubundan görünür ki, Şəxs MMC tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün onun barəsində Xətai RPİ DYPŞ-də inzibati icraatın başlanılması barədə Şəxs MMC-yə məlumat verilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X8 Təcrübə üzrə baş inspektoru, polis mayoru X9 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 10 iyun 2021-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 11.06.2021-ci il tarixli, 101-13211 nömrəli məktubundan görünür ki, Şəxs MMC-si tərəfindən sorğuya vaxtında cavab verilmədiyi üçün barələrində tərtib olunmuş 10.06.2021-ci il tarixli AP ******* saylı protokolun sürəti onlara göndərilmişdir; Baş Dövlət Yol Polisi İdarəsinə, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinə və Xətai Rayon Dövlət X13 ünvanlanmış 96/3041-21 saylı 21 may 2021-ci il tarixli məktubdan görünür ki, Şəxs mülkiyyətində olan "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında həmin idarələrə məlumat ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndələrinin sorğuya cavabın göndərilməsi, 16 aprel 2021-ci il tarixdə törədilmiş başqa inzibati xəta ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 eyni sürücü ilə bağlı məlumatın göndərilməsi, həmin məlumatın qeydə alınması, bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə dəlillərini əsassız sayır və bunu aşağıdakılarla əsaslandırır. İlk öncə məhkəmə qeyd edir ki, MMC-nin nümayəndələri tərəfindən 21.05.2021-ci il tarixdə qəbul edilmiş sorğuya cavab verilməsi barədə məktub təqdim edilsə də, həmin cavab məktubunun Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 göndərilməsi barədə hər hansı sənəd (reyestr, qaimə və s) təqdim edilməmiş, MMC-nin nümayəndələrinə həmin sənədin təqdim edilməsi təklif edilsə də, məktubun göndərilməsini təsdiq edən sənəd olmadığından həmin sənədin məhkəmyə təqdim edilməsinin mümkün olduğunu bildirmişlər. İnzibati orqanının nümayəndəsi 21.05.2021-ci il tarixdə qəbul edilmiş sorğuya cavab verilmədiyini, şöbəyə belə bir cavabın daxil olmadığını göstəmişdir. Beləliklə, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğusunun 21.05.2021-ci il tarixdə qəbul edilməsi tərəflərin izahatı və iş materialları ilə təsdiq edilsə də, həmin sorğuya cavabın verilməsi tərəflərin izahatı və iş materialları ilə təsdiq edilməmişdir. Bundan əlavə, 16 aprel 2021-ci il tarixdə törədilmiş başqa inzibati xəta ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət X13 eyni sürücü ilə bağlı məlumatın göndərilməsi, həmin məlumatın qeydə alınması ilə bağlı məhkəmə qeyd edir ki, inzibati orqanın nümayəndəsi Bakı şəhəri Xətai RPİ-nin 26.05.2021-ci il tarixli, 101-16326-1221 nömrəli məktubunun "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olmadığını bildirmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, Bakı şəhəri Xətai RPİ-nin 26.05.2021-ci il tarixli, 101-16326-1221 nömrəli məktubu "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı olsa belə, Şəxs MMC-yə 04.06.2021-ci il tarixdə çatmış, yəni, 21.05.2021-ci il tarixdə sorğu qəbul edilərkən, ilkin cavabın qeydə alınıb-alınmaması MMC-yə məlum olmamışdır. Həmçinin, "xxxx" markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü ilə bağlı məlumat 26.05.2021-ci il tarixdə DİN BDYPİ-nin MMS-də qeydə alınması nəzərə alınsa belə, sorğunun göndərildiyi 08.05.2021-ci il tarixdə və sorğunun alındığı 21.05.2021-ci il tarixdə həmin məlumat MMS-də olmadığından sorğunun göndərilməsi qanuni olmuşdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, əvvəlki sorğulara cavabın verilməsi digər sorğulara cavabın verməməsi anlamına gəlmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Xətai rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Şəxs MMC tərəfindən 21.05.2021-ci il tarixdə qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-2542/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2542/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver