Məhkəmə qərarları › İş №3(011)-2543/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-2543/2023

06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-2543/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, məhkəmə iclas katibi Bayramova Nərmin Nizami qızının katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan şəxs Şəxs və müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Vəkil, iştirakı ilə, xx.xx.1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Vağzalyanı küçəsi, ev 46, mənzil 8-də yaşayan Şəxsnun Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxsnun barəsində Xətai RPİ 37-ci Polis Şöbəsinin sahə inspektoru Davud Soltanov tərəfindən 06 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 24 iyun 2023-cü il tarixdə Xətai rayonu, “Park Azure” yaşayış kompleksində liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq yaşayış kompleksinin dəhlizinə atmış, “reception” bölməsində bukletləri yerə ataraq orada işləyən Nuranə adlı işçi ona öz iradını bildirdikdə onunla mübahisə etmiş, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, “X4” Şirkəti tərəfindən qanunsuz olaraq 2 aydır ki, lift kartı deaktiv edilmişdir. Lift daxilində onun məlumatını yerləşdirərək göstərmədikləri xidmət haqqında görə pul tələb etmişlər. Dəfələrlə səlahiyyətli şəxslərə müraciət etsə də, problemi həll etməkdən imtina etmişlər. 12-ci mərtəbədə yaşadığı üçün özü və 3 uşağı hər gün piyada düşüb qalxmağa əziyyət çəkirlər. 24 iyun 2023-cü il tarixdə “reception” bölməsində bukletləri cıraraq orada işləyən Nuranə adlı işçi ilə səs-küy salaraq mübahisə etmişdir. Halhazırda əməlindən səmimi peşmançılığını bildirir və bir daha belə hallara yol verməyəcəyini, uşağının “Vətən müharibəsi” iştirakçısı olmasını, ondan başqa 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçisi 22 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs əməlində inzibati xəta tərkibi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, “X4” Şirkətinin sədri vəzifəsini müvəqqəti icra edir. Şəxs 1700 manat kommunal xərclərə görə yaranmış borcunu silmişlər, lakin liftdən istifadəyə görə borcu ödəmədiyinə görə lift kartı deaktiv edilmişdir. 24 iyun 2023-cü il tarixdə Xətai rayonu, “Park Azure” yaşayış kompleksində liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq yaşayış kompleksinin dəhlizinə atmış, “reception” bölməsində işləyən Nuranə adlı işçi ifadə verməkdən imtina etsə də, dediiyinə görə öz iradını bildirdikdə onunla mübahisə etmiş, nalayiq ifadələr işlətmiş və bukletləri götürərək nümaişkarcasına yerə atmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Şəxs oğlu X7 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Tamerlan Əliyev və Elina Əliyeva adlı 2 azyaşlı uşağı var. İş materiallarında olan videogörüntüdən görünür ki, Şəxs Xətai rayonu, “Park Azure” yaşayış kompleksində liftdə olan məlumat lövhəsindəki kağızı cırmış, “reception” bölməsində bukletləri yerə ataraq orada işləyən Nuranə adlı işçi ilə mübahisə etmiş və masada olan bukletləri götürərək yerə atmışdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını, videogörüntünü araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olması, inzibati xəta törətməsini səmimi etiraf etməsi, himayəsində 2 azyaşlı uşağının olması və oğlunun “Vətən Müharibəsi” iştirakçısı olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar